ZİNƏT

is. [ ər. ] Bəzək, süs, yaraşıq. Rəhimin evində səhər tezdən qonaqlıq tədarükü görülürdü.

Bahar, Rəhimə və Rahim süfrənin zinəti ilə məşğul idilər. S.S.Axundov.
Hünərdir əmrə ilk zinət, onun hüsnündə məna var. S.Vurğun.
Çoxdur hədiyyələr insan adına; Qiymətli zinətlər, qiymətli daşlar. B.Vahabzadə.

□ Zinət vermək (vurmaq) – zinətləndirmək, bəzəmək, süsləmək.

Qarı nənə … göyün üzünə yeddi qələmlə yeddi zinət vururdu. Koroğlu”.
Nə zinət veribdir eyvan, otağa; Ətri qoxur Bağdad baharı kimi. Aşıq Ələsgər.
Xoş avazın verir zinət; Bu leylü nəhara, bülbül! Molla Cümə.

Özünə zinət vermək1) bəzəmək, qiymətli daş-qaş taxmaq və qəşəng geyinmək. Məlik Cümşüd … özünə zinət verib getdi Nuşapəri xanımın yanına. (Nağıl);
2) üzünə ənlik-kirşan vurmaq, üz-gözünü boyamaq.

 

 

ZİNƏT nədir? – ZİNƏT nedir? – ZİNƏT sözünün mənası – ZİNƏT sozunun menasi – ZİNƏT nə deməkdir? – ZİNƏT ne demekdir? – ZİNƏT sözünün izahı – ZİNƏT sozunun izahi – ZİNƏT sözünün istifadəsi – ZİNƏT sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.