ZİL

is. [ fars. ]
1. Musiqi alətlərinin ən yüksək tonu (bəm əksi).
// sif. Beyindən gələn ən yüksək və nazik (səs haqqında). Zil səs. – Melodiya bir-biri ilə qarşılıqlı münasibətdə olan ayrı-ayrı səslərdən düzəlir.

Bu səslər bir-birinə nisbətən zil (yüksək) və bəm (aşağı) olur. Ə.Bədəlbəyli.
Birinci katibin kabinetindən eşidilən zil qışqırtı Səmədi diksindirdi. İ.Hüseynov.

□ Zil pərdə – yüksək (zil) səs çıxaran pərdə (tarda, sazda).

[Araz] sazın zil pərdəsini dilləndirir. A.Şaiq.

Zilə çəkmək – simli musiqi alətini yüksək tonda kökləmək; zil pərdədə çalmaq. Tarı zilə çəkmək.

– Sazı zilə çəkir, sözü dərinə; Mümkünmü düşünüb fikrə getməmək. H.Hüseynzadə;

// bax zilə qalxmaq.

Xanəndə zilə çəkdiyindən hamının gözü onda idi. M.Hüseyn.

Zilə gətirmək – bax zilə çəkmək. Sazı zilə gətirmək.
Zilə qalxmaq – oxuyarkən və ya çalarkən ən yüksək not götürmək, ən yüksək tona keçmək;
// zil pərdədə çalmaq.

Uzaqlarda, bir eyvanda zilə qalxır kaman, tar; Kənd üstüylə ötə-ötə durna uçur bir qatar. Ə.Cəmil.

2. köhn. Zəng.

[Əşrəf] onları qürur ilə dinlədikdən sonra, masa üzərindəki zili basdı. A.Şaiq.

◊ Zilə çəkmək məc.1) çox şişirtmək, ifrata varmaq;
2) sınamaq üçün bərkə-boşa çəkmək, sıxışdırmaq.

 

 

ZİL nədir? – ZİL nedir? – ZİL sözünün mənası – ZİL sozunun menasi – ZİL nə deməkdir? – ZİL ne demekdir? – ZİL sözünün izahı – ZİL sozunun izahi – ZİL sözünün istifadəsi – ZİL sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.