ZARAFAT


1. is. [ ər. ] Gülmək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət; hənək. Kobud zarafat.

– Məhbub xanım gördü Koroğlu keçdi zarafata. Koroğlu”.
Bəndalı əvvəllər başa düşmür, Məşədi Hüseynin sözlərini zarafat, ya bir xoş sözsöhbət sayırdı. Mir Cəlal.
Kələntərli həmişə dara düşəndə olduğu kimi, indi də zarafata əl atdı. İ.Hüseynov.

□ Zarafat bir yana – danışarkən tamamilə ciddi tona keçmək istənildikdə deyilən ifadədir.
Zarafat deyil – ciddi məsələdir, əhəmiyyətli məsələdir.

…Camaatı ələ dolamaq zarafat deyil. Ü.Hacıbəyov.

[Sədr:] Eyvaz kişini qınamaq olmaz.

Zarafat deyil, bir il tamam olmamış kişinin sinəsinə qoşa dağ çəkildi. Ə.Vəliyev.

Zarafat etmək (eləmək) – əylənmək, oynamaq, dilxoşluq etmək.

Olmaya sən məni biiqrar sandın; Zarafat eylədim, ona inandın. M.P.Vaqif.
Cumayəm, istərəm zarafat edəm; Nə fayda, yanından getməz xocası. Molla Cümə.
Kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Ə.Haqverdiyev.
[Əhməd] buçağacan barıtla, güllə ilə zarafat eləməmişdi. B.Talıblı.

Zarafat öz yerində – bax zarafat bir yana.
Zarafata salmaq – zarafatla ötüşməyə, işin içindən çıxmağa çalışmaq.

Sən zarafata salıbsan, amma mən düzünü deyirəm. M.Rzaquluzadə.

2. zərf Zarafatla şəklində: zarafat yolu ilə, zarafat tərzində, ciddi olmayaraq. Zarafatla demək.

– Sözün düzünü zarafatla deyərlər. (Məsəl).
Elçin də atasının zarafatına zarafatla cavab verdi. M.Rzaquluzadə.

 

 

ZARAFAT nədir? – ZARAFAT nedir? – ZARAFAT sözünün mənası – ZARAFAT sozunun menasi – ZARAFAT nə deməkdir? – ZARAFAT ne demekdir? – ZARAFAT sözünün izahı – ZARAFAT sozunun izahi – ZARAFAT sözünün istifadəsi – ZARAFAT sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.