ZAHİR

is. [ ər. ]
1. Açıq, aşkar, aydın, meydanda olan (batin müqabili).

Mən bir Fərhad, sən bir şirindəhansan; Dərdin zahir, amma özün nəhansan. M.P.Vaqif.
Zahirdi qəmzənin cigər sökməyi; Can atmağı, nahaq qanlar tökməyi. Q.Zakir.

2. Xarici görünüş, görkəm, üz tərəf. Zahirdən batinə yol var. ( Ata. sözü ).

Batinin əksidir fəqət zahir. H.Cavid.
[Əsgər:] Görünür, zahiri gözəl olan kimi batini də gözəldir. Ü.Hacıbəyov.
Qəbul otağının astanasına qədəm basan oğlanın zahirində ilk nəzərdə diqqəti cəlb edə bilən bir şey yox idi. İ.Hüseynov.

□ Zahir etmək – aşkara çıxarmaq, üzə çıxarmaq, büruzə vermək, aydın etmək, məlum etmək, bildirmək.

Saxlama nəqdiqəmi-eşqini, ey can, zahir et; Kim, verim həbsi-bədəndən çıxmağa rüsxət sana. Füzuli.
Nami-məşuqi nə lazım zahir etmək, ey könül; El bilir, aləm bilir, gülruxlərin sultanıdır. S.Ə.Şirvani.
Anası oğlunun cinayətini; Görərək, zahir etdi nifrətini. M.Ə.Sabir.

Zahir olmaq – aşkara çıxmaq, üzə çıxmaq, zühur etmək, meydana çıxmaq, görünmək.

Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. M.F.Axundzadə.
Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. A.Səhhət.
Şeyx hər nə qədər səslədisə də, Gülsümdən səs zahir olmadı. Ə.Haqverdiyev;

// məlum olmaq.

Vaqif öldü, neçin yasa gəlmədin? Ya zahir olmadı bu xəbər sənə? M.P.Vaqif.

Zahirə çıxmaq – üzə çıxmaq, məlum olmaq, görünmək.

Divarlardan asılmış xəritələri … olmasaydı, suvaqların töküldüyü, bişmiş kərpiclərin çılpaq qaldığı bəzi yerlərdə güllələrin dəlib açdığı dərin yaralar zahirə çıxardı. H.Nəzərli.

 

 

ZAHİR nədir? – ZAHİR nedir? – ZAHİR sözünün mənası – ZAHİR sozunun menasi – ZAHİR nə deməkdir? – ZAHİR ne demekdir? – ZAHİR sözünün izahı – ZAHİR sozunun izahi – ZAHİR sözünün istifadəsi – ZAHİR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.