ZƏNG

is.
1. Vurulduqda xüsusi səs çıxarmaq üçün içərisində metal dili olan, ağzıgen, kəsik konusşəkilli mis və ya mis ərintisindən qayrılmış alət. Kilsə zəngi. Zəng səsi. Dəmiryol zəngi. Yanğın maşını zəngi.

– Davamlı bir zəng səsindən sonra 3 nömrəli tramvay döngədən göründü. Qantəmir.

// Həmin alətin heyvanların boynundan asılan kiçik növü; zınqrov.

Düzlərdə yük heyvanlarının boynundan asılmış zənglərin ahəngsiz və qarmaqarışıq səsindən başqa bir şey eşidilmirdi. M.S.Ordubadi.

2. Səs siqnalı vermək üçün metal cihaz. Qapının zəngi. Elektrik zəngi.

– Birdən qapının zəngi çalındı. M.Hüseyn.
Sərhəng Səfai zəngi basıb … Firidunu aparmağı əmr etdi. M.İbrahimov.
Zəng səsi Kərim bəyi xəyalından ayırdı. Mir Cəlal.

3. Bu alət vasitəsilə çıxarılan səs siqnalı. Telefon zəngi. Saatın zəngi.
□ Zəng vurmaq1) zəngə bir şey vurmaqla, toxundurmaqla və ya elektrik zənginin düyməsini basmaqla səs siqnalı çıxarmaq.

Anisim tələsik pilləkəni başa çıxdı, zəngi vurdu. S.Rəhimov;

2) zəngin səsi çıxmaq (bəzən “zəng vurulmaq” şəklində də işlənir). Qapının zəngi vurdu. Telefon zəngi vurmaq. – Üçüncü zəng vurulurdu.

Camaat tamaşa zalına axışırdı. S.Rəhimov;

3) danışmaq üçün telefona çağırmaq, telefonda danışmaq. Evlərinə zəng vurdu. Sizə zəng vurdum, cavab olmadı.
Zəng eləmək (etmək) – bax zəng vurmaq 3-cü mənada.

Usta divardan asılmış telefonla kimə isə zəng etdi. M.Hüseyn.

Zəng çalmaq – bax zəng vurmaq 1 və 2-ci mənalarda.

 

 

ZƏNG nədir? – ZƏNG nedir? – ZƏNG sözünün mənası – ZƏNG sozunun menasi – ZƏNG nə deməkdir? – ZƏNG ne demekdir? – ZƏNG sözünün izahı – ZƏNG sozunun izahi – ZƏNG sözünün istifadəsi – ZƏNG sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.