ZƏNCİR

is. [ fars. ]
1. Bir-birinə keçmiş halqalardan ibarət dəmir bağ; silsilə. Saat zənciri. Lövbər zənciri. İti zəncirlə bağlamaq.

– Axırda Dəmirçioğlu atasından gizli bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı. Koroğlu”.
Kəndlinin cavan oğlu şiddətli surətdə dəli oldu, hətta onu zəncir ilə bağlamağa məcbur olurlar. S.S.Axundov.

2. Buxov, qandal.

Əzizim bağlı qaldı; Yar qəlbi dağlı qaldı; Zəncir, buxov görmədi; Qollarım bağlı qaldı. (Bayatı).
Ruhi-Məcnuni sevirsən bir dəm ey zəncir açıl; Kim, tutulmuş şəhridən könlüm biyaban istərəm. Qövsi.
…Dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Ə.Haqverdiyev.
Zənciri qolundan atdı bu torpaq. B.Vahabzadə.

□ Zəncirə çəkmək (vurmaq) – zəncirləmək, əl-ayağını zəncirlə bağlamaq.

Dili-divanəni zəncirə çəkərsən, yeri var; Ətri-zülfün nə üçün müşkiXətadan seçməz? S.Ə.Şirvani.

3. məc. Əsarət, zülm, məhkumluq rəmzi.

İnsanlara zəncir, fəğan gətirən; O, faşist adlanan qara itləri; Məhv et silahının qüdrətilə sən! R.Rza.

// Klassik şeirdə gözəlin zülfünə işarədir.

Tutmazam zənciri-zülfü tərkin, ey naseh; Məni xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli.
Saçın zəncirinə könül bağladım; Məcnun kimi düşdüm dağa, Fatimə! M.P.Vaqif.

◊ Zəncir kimi (tək) – bir-birinin ardınca, silsilə şəklində.

Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq.
Zəncirtək düzülüb on beş hünərvər; Daşlı küdrüləri etdilər səngər. H.K.Sanılı.

Zəncir gəmirmək (çeynəmək) (bəzən “əlindən” sözü ilə) – birinə qarşı son dərəcə hiddətli olmaq, birinə divan tutmağa hazır olmaq, acıqlı olmaq.
Zəncirdən qurtarmaq – bax zəncirini qırmaq 1-ci mənada.

Yaşıllıq çağırsın hər qəlbin neyi; Qurtaraq zəncirdən Prometeyi!… S.Vurğun.

Zəncirini qırmaq1) əsarətdən qurtarmaq, azadlıq əldə etmək;
2) məc. dan. həddini azmaq, sözə baxmamaq, özbaşınalıq etmək.

 

 

ZƏNCİR nədir? – ZƏNCİR nedir? – ZƏNCİR sözünün mənası – ZƏNCİR sozunun menasi – ZƏNCİR nə deməkdir? – ZƏNCİR ne demekdir? – ZƏNCİR sözünün izahı – ZƏNCİR sozunun izahi – ZƏNCİR sözünün istifadəsi – ZƏNCİR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.