ZƏLİL

sif. [ ər. ] Zəlalətə düşmüş; yazıq, bədbəxt, həqir, fəqir, xar.

Mən indi hazıram, ömrüm bu dəm tamam olsun; Belə zəlil (z.) yaşamaq bir kərə haram olsun. A.Səhhət.

□ Zəlil etmək – pis günə qoymaq, bədbəxt etmək, xar etmək, alçaltmaq.

Demin ki, yarə edib Seyyidi zəmanə zəlil; Məbadə könlü yanə, könlümü xərab görüb. S.Ə.Şirvani.
[Şamama cadu:] Allah heç kəsi zəlil eləməsin… Ə.Haqverdiyev.

Zəlil olmaq – bədbəxt olmaq, pis günə qalmaq, xar olmaq, alçalmaq.

[Naçalnik:] Sizin nəcabətinizə hərgiz layiq deyil ki, özünüzü bədnam edib ümənai-dövlətin nəzərində xar və zəlil olasınız. M.F.Axundzadə.

Zəlil olsun! – bəddua, qarğış nidası.

Olsun düşməniniz həmişə zəlil; Duaçıdır sizə hər yoxsul, əlil. H.K.Sanılı.

 

 

ZƏLİL nədir? – ZƏLİL nedir? – ZƏLİL sözünün mənası – ZƏLİL sozunun menasi – ZƏLİL nə deməkdir? – ZƏLİL ne demekdir? – ZƏLİL sözünün izahı – ZƏLİL sozunun izahi – ZƏLİL sözünün istifadəsi – ZƏLİL sozunun istifadesi