ZƏLİ

is.
1. Şirin sularda yaşayan, heyvanların bədəninə yapışıb onların qanını sormaqla dolanan xırda qurd.
□ Zəli qoymaq (salmaq, yapışdırmaq, düzmək) – təbabətdə: xəstə adamın korlanmış qanını sordurmaq üçün onun bədəninin müvafiq yerlərinə zəli qoymaq.

Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub. S.S.Axundov.

2. məc. Başqasını amansızcasına istismar edən, soyan, var-yoxunu sorub çəkən adam haqqında. Xalqın qanını zəli kimi sormaq.

– Bu əmrdə hakimi-vilayətlər şəbihdilər zəlilərə ki, qan sorub şişdikdə sahibi oları sıxır, tamam sorduqları qanı qusurlar. M.F.Axundzadə.

3. məc. Yapışdığı yerdən qopmayan, tutduğunu əldən buraxmayan şey və ya adam haqqında.

Lakin bir zəli dəyişməyir öz xislətini. O.Sarıvəlli.

□ Zəli kimi yapışmaq1) tutduğu yerdən bərk-bərk yapışıb buraxmamaq, yapışıb əl çəkməmək. Qəmər atasının qulluğundan mürəxxəs olub, düz mənzilinə gəlib, genə də zəli kimi kitaba yapışdı. (Nağıl);
2) təngə gətirmək, cana gətirmək.

[Kərbəlayı Rəcəb:] Peşman olursan dalandan kənara çıxırsan, zəli kimi yapışırlar. N.Vəzirov.

 

 

ZƏLİ nədir? – ZƏLİ nedir? – ZƏLİ sözünün mənası – ZƏLİ sozunun menasi – ZƏLİ nə deməkdir? – ZƏLİ ne demekdir? – ZƏLİ sözünün izahı – ZƏLİ sozunun izahi – ZƏLİ sözünün istifadəsi – ZƏLİ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.