ZƏDƏ
1. Toxunmaq, yaxud bərk bir şey dəymək nəticəsində bir şeydə əmələ gələn əzik yeri, qopuq, qəlpə, çatdaq və s. Bu stəkanın zədəsi var.
// Meyvələrdə qurd dəymə, yaxud dolu və s.-dən əmələ gələn xəsar. Meyvənin zədəsi var. Bu qovunda zədə yoxdur.
□ Zədə vurmaq – 1) zədələmək;
2) məc. yaralamaq.
Zədə dəymək (toxunmaq) – 1) xarab olmaq.
2) məc. yaralanmaq.
Zədə salmaq – zədələmək, yaralamaq.
2. Xarici təsir nəticəsində orqanizmin bir yerində toxumanın əzilməsi, ziyan görməsi; kontuziya. Kənd təsərrüfat işlərində müşahidə olunan zədələr cürbəcür olur.
ZƏDƏ nədir? – ZƏDƏ nedir? – ZƏDƏ sözünün mənası – ZƏDƏ sozunun menasi – ZƏDƏ nə deməkdir? – ZƏDƏ ne demekdir? – ZƏDƏ sözünün izahı – ZƏDƏ sozunun izahi – ZƏDƏ sözünün istifadəsi – ZƏDƏ sozunun istifadesi