YUVA

is.
1. Quşların yumurtlayıb bala çıxarmaq və onları saxlayıb böyütmək üçün çör-çöpdən və s.-dən düzəltdikləri yer. Qaranquş yuvası. Sərçə yuvası.

– Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov.

// Arı şanı.

Yuvadan aralanıb tək qalan arılar boğuq səslə həyətdə cövlan vurub pətəyi axtarırdılar. Mir Cəlal.

// Heyvanların düzəltdikləri yer, məskən. Siçan yuvası. İlan yuvası. Ayı yuvası.
2. məc. Ev, məskən, ev-ocaq mənasında. Yuvası dağılmaq. İsti yuvasından məhrum olmaq.

– Zəhra yuvası dağılmış bu yavrucuqların, analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn.

□ Yuva salmaq1) yurd salmaq, məskən salmaq, yaşamaq üçün şərait yaratmaq; özünə yer düzəltmək.

Üç dəfə qaçmışam qarlı Sibirdən; Bizim meşələrdə salmışam yuva. S.Vurğun.
[Əbdək:] Dağlarda, daşlarda yuva salmış zavallı vətəndaşlarımın dərdi məni bir an belə rahat buraxmır… M.Hüseyn;

2) məc. Yer tutmaq, yaşamağa başlamaq.

Məni xilas etdin vaxtsız ölümdən; O gündən qəlbimdə yuva saldın sən. S.Vurğun.

3. xüs. Maşın, alət, qapı, pəncərə, kilid kimi şeylərin hissələrinin girib işləməsinə və ya birləşməsinə məxsus oyuq, çuxur, dəlmə. Rəzə yuvası.
// Bir şeyin içində yerləşmiş olduğu oyuq. Diş yuvası.
4. məc. Bir şeyin törədiyi, intişar etdiyi yer; mənbə.

[Qətibə:] Paytaxtımız isə hazırda fitnələr, iftira və böhtanlar yuvasıdır. M.S.Ordubadi.

// məc. Yurd, vətən mənasında.

Sən, ey igid mədən torpağından qüvvət alıb gülən diyar; İgid ərlər meydanısan, qəhrəmanlar yuvasısan. S.Vurğun.

// Xana-xana bölünmüş şəkildə olan şey. Toxum şahmat üsulu ilə, yuvalarla iki və ya bir cərgədə əkilir.
5. məc. Bir şeyin çox olduğu yer. Oğru yuvası. Canilər yuvası.

 

 

YUVA nədir? – YUVA nedir? – YUVA sözünün mənası – YUVA sozunun menasi – YUVA nə deməkdir? – YUVA ne demekdir? – YUVA sözünün izahı – YUVA sozunun izahi – YUVA sözünün istifadəsi – YUVA sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.