YUN

is.
1. Bəzi məməli heyvanların dərisinin üstünü örtən tüklər. Yun qırxımı. Qoyunların yununu vaxtında qırxmaq.
2. Heyvandan (adətən qoyundan, dəvədən və s.) qırxılan belə tüklər. Qoyun yunu. Dəvə yunu. Keçinin yununu qırxmaq. Yun darağı.

[Şah:] Sən bazardan mənə yun al və keçəçi aləti al. Ü.Hacıbəyov.

// Belə tükdən toxunmuş. Yun parça. Yun əlcək. Yun ip. Yun köynək.

– Telli özünə toxuduğu yun corabı aldı. S.Hüseyn.
Pərşan gəlib yaxınlaşırdı, onun əynində xəzli qara palto, başında sarı yun şal, ayağında işıldayan uzunboğaz botı vardı. M.İbrahimov.

◊ Yun kimi məc. – ağarmış və ya bozarmış saç-saqqal haqqında.

Ömür ötüb, baş ağarıb un kimi; Diş tökülüb, saqqal olub yun kimi. M.Ə.Sabir.

 

 

YUN nədir? – YUN nedir? – YUN sözünün mənası – YUN sozunun menasi – YUN nə deməkdir? – YUN ne demekdir? – YUN sözünün izahı – YUN sozunun izahi – YUN sözünün istifadəsi – YUN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.