YUMRUQ

is.
1. Yumulmuş əl, əlin yumulmuş vəziyyəti.

Başımı aşağı dikib durduğum halda, əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu.
Uşaq da bu hay-küyün onunçun olduğunu duyur, balaca yumruğunu gözünə basıb ağlayırdı. Mir Cəlal.
Mahmud … yumruğu ilə kirpiyini sildi. Ə.Əbülhəsən.
[Otaqda] ağzından yumruq irilikdə paslı qıfıl asılmış sandıq … vardı. İ.Hüseynov.

□ Yumruğunu düyünləmək – əlini yumruq halına salmaq.
2. Bu vəziyyətdə olan əl ilə vurulan zərbə.

Min acizü biçarələrin başın əzərdim; Sillə, yumruğnan. M.Ə.Sabir.
Seyid yenə başladı təpəsinə yumruq endirməyə. Ə.Haqverdiyev.
Bir də xanın yumruğunun zərbindən pəncərə çilik-çilik olub yerə səpildi. Çəmənzəminli.

□ Yumruğa çıxmaq – yumruq davasına çıxmaq, bir-birini yumruqlamaq.

Odunu olmasa hər kimsənin qış fəsli; Ağlaşar tifl, çıxar yumruğa arvad ər ilən. Molla İsmayıl.

…yumruğu altında olmaq –
…itaətində olmaq, … zülmü altında olmaq, daim … zülmünü görmək.
Yumruq yemək – döyülmək, yumruqla vurulmaq.

 

 

YUMRUQ nədir? – YUMRUQ nedir? – YUMRUQ sözünün mənası – YUMRUQ sozunun menasi – YUMRUQ nə deməkdir? – YUMRUQ ne demekdir? – YUMRUQ sözünün izahı – YUMRUQ sozunun izahi – YUMRUQ sözünün istifadəsi – YUMRUQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.