YUMRU


1. sif. Yuvarlaq, girdə, kürə, top şəklində. Yumru güllə. Yumru daş. Yumru gilə. Yumru gavalı.

– Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov.

2. sif. Dairəvi şəkildə olan; girdə.

Nizami özünü düzəltdi, xırda və yumru gözlərinin qapaqlarını qaldırdı. M.S.Ordubadi.
Rəhimlinin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov.

3. sif. Gombul, koppuş, kök.

Yumru, totuq uşaqlar qızıl taxtlarda qumaş yastıqlara söykənən möminlərə şərab paylayırdılar. Çəmənzəminli.

4. is. Tikə, dənə.

[Şamama Cadu:] Di, başına dönüm, bircə yumru mənə qənd ver. Ə.Haqverdiyev.

// is. Baş, kök yumrusu.

Cinsi hüceyrələr iştirak etmədiyi bir halda da kartof yumrularında baş verən dəyişmələr ondakı gözcüklərə təsir edir. M.Axundov.

 

 

YUMRU nədir? – YUMRU nedir? – YUMRU sözünün mənası – YUMRU sozunun menasi – YUMRU nə deməkdir? – YUMRU ne demekdir? – YUMRU sözünün izahı – YUMRU sozunun izahi – YUMRU sözünün istifadəsi – YUMRU sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.