YÜKSƏKLİK
1. Hündürlük, ucalıq; yüksək şeyin halı. Dağın yüksəkliyi. Divarın yüksəkliyi. Evin yüksəkliyi iyirmi metrdir. Bu yüksəklikdə ağac görməmişəm.
2. Yer səthindən yüksəkdə olan sahə, yer; dağlıq, təpəlik. Yüksəklikdə bitən ağaclar. Yüksəklikdə yol salmaq.
3. Yer səthindən çox-çox yuxarı olan fəza; göy, asiman (çox zaman cəm şəklində). Buludlar yüksəkliklərdə üzür. Təyyarə yüksəkliklərdə süzür. Yüksəkliklərdə ulduzlar sayrışır.
4. Bir şeyin böyüklüyü, ölçüsü, səviyyəsi, dərəcəsi. Təzyiqin yüksəkliyi. Hərarətin yüksəkliyi. Biliyin yüksəkliyi. Əmək məhsuldarlığının yüksəkliyi. Texnikanın yüksəkliyi.
YÜKSƏKLİK nədir? – YÜKSƏKLİK nedir? – YÜKSƏKLİK sözünün mənası – YÜKSƏKLİK sozunun menasi – YÜKSƏKLİK nə deməkdir? – YÜKSƏKLİK ne demekdir? – YÜKSƏKLİK sözünün izahı – YÜKSƏKLİK sozunun izahi – YÜKSƏKLİK sözünün istifadəsi – YÜKSƏKLİK sozunun istifadesi