YOLDAŞ

is.
1. İş, həyat şəraiti ilə birbirinə yaxın olan adamlar; rəfiq. Məktəb yoldaşları. Cəbhə yoldaşları. İş yoldaşı. Uşaqlıq yoldaşı. – Yoldaşı yoldaşdan soruşarlar. ( Ata. sözü ).

Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. C.Məmmədquluzadə.
[Qoçu:] İki min manat pul verərsən: bir mini mənim, bir mini də yoldaşlarımın. Ü.Hacıbəyov.

2. Biri ilə birlikdə yola çıxan və ya yol gedən adam.

Əvvəl yoldaş, sonra yol. (Məsəl).

□ Yoldaş olmaq – biri ilə birlikdə yola çıxmaq, yol getmək, yaxud yol gedən bir adama qoşulmaq.

Şurişin əvvəlinci səbəbi … miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu… M.F.Axundzadə.
Dəstədən aralanıb arabaçı ilə yoldaş oldum. S.Hüseyn.

3. Yoldaşım, yoldaşı şəklində dan. – arvadım (ərim), arvadı (əri). Yoldaşım hələ işdən gəlməyib. Onun yoldaşı xəstədir.
□ Həyat yoldaşı – ər, arvad.
4. Sovet cəmiyyətində: vətəndaş, adam. Bir yoldaş sizi xəbər alırdı. Yoldaşlara deyin tez yığışsınlar. Yoldaşların fikrini bilmək lazımdır. Üç yoldaşdan ibarət komissiya ayrıldı…
// Eyni mənada belə şəxsin familiyası, adı, vəzifəsi qabağında və ya onlardan sonra. Yoldaş Əhmədov ezamiyyətdədir.

Cavadov yoldaş yerindədirmi? Müdir yoldaşı görmək olarmı? – Zeynal üç ay bundan əvvəl, yoldaş Möhsünzadə və Şərifzadənin yanında Mehribana və onun atasına verdiyi sözlərin heç birinə əməl etməyirdi. S.Hüseyn.

// Müraciət etdikdə. İrəli, yoldaşlar! Yoldaş sədr, xahiş edirəm mənə söz verəsiniz.

– Yoldaşlar! İndi də başqa kələk var; Bizə qəpik-quruş göstərir onlar. S.Vurğun.

□ “Yoldaş, al bunu” – xalq oyunlarından birinin adı. [Gülüqız:] Bu oyunun adı “Yoldaş, al bunu”dur. Bir dəstə adam oturur. Bir nəfər bilici seçilir.

O adamı seçirlər ki, on sözü yadında saxlasın və dalbadal deyə bilsin. Ə.Vəliyev.

“Yoldaş, səni kim apardı?” – xalq oyunlarından birinin adı.

 

 

YOLDAŞ nədir? – YOLDAŞ nedir? – YOLDAŞ sözünün mənası – YOLDAŞ sozunun menasi – YOLDAŞ nə deməkdir? – YOLDAŞ ne demekdir? – YOLDAŞ sözünün izahı – YOLDAŞ sozunun izahi – YOLDAŞ sözünün istifadəsi – YOLDAŞ sozunun istifadesi


Mənbə:
Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.

Bir cevap yazın