YIXILMAQ

f.
1. Öz ağırlığı ilə yerə enmək, müvazinətini, yaxud istinad nöqtəsini itirərək aşağıya devrilmək, yerə dəymək. Başı gicəllənib yıxıldı. Pilləkəndən yıxılmaq.

– Məşədi, tərpənsən, yıxılarsan ki… Ü.Hacıbəyov.
Gərək yadındadır… üç il qabaq mən; Qayadan dənizə yıxıldım birdən. S.Vurğun.

// Kökündən qopub yerə sərilmək. Küləyin şiddətindən çoxlu ağac yıxılıbdır.
// Köhnəlikdən uçmaq, dağılmaq, yerə tökülmək. Evin divarları yıxıldı. Hasar yıxıldı.
2. Yerə uzanmaq, yerə sərilmək.

Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir.

□ Yıxılıb-yatmaq – yatmaq, yatmaq üçün yataqda uzanmaq.

Xudayar katda ləzzətnən yıxılıb-yatdı. C.Məmmədquluzadə.
İki seyid əmmaməni bir tərəfə atıb bir qədər oynadılar, axırda yıxılıb-yatdılar. Ə.Haqverdiyev.

3. məc. Hakimiyyətdən salınmaq, devrilmək, düşürülmək, düşmək. 1917-ci ilin fevralında çar mütləqiyyəti yıxıldı.

[Qatır Məmməd:] Padşah yıxıldı, gorbagor oldu; Uçdu sarayları, tar-mar oldu. Z.Xəlil.
// Əmr formasında: yıxılsın! – məhv olsun! yox olsun! dağılsın! viran qalsın! Yıxılsın məğrur saray! Buludlara batsın Ay. S.Vurğun.

 

 

YIXILMAQ nədir? – YIXILMAQ nedir? – YIXILMAQ sözünün mənası – YIXILMAQ sozunun menasi – YIXILMAQ nə deməkdir? – YIXILMAQ ne demekdir? – YIXILMAQ sözünün izahı – YIXILMAQ sozunun izahi – YIXILMAQ sözünün istifadəsi – YIXILMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.