YIĞMAQ

f.
1. Bir yerə toplamaq, cəm etmək. Adamları bir yerə yığmaq. İşçiləri yığıb söhbət aparmaq.

– Aslan paşa car çəkdirib bütün camaatı meydana yığmışdı. Koroğlu”.

// Müxtəlif şəxslərdən almaq, toplamaq. Üzvlük haqqı yığmaq. Vergi yığmaq. Məlumat yığmaq. Divar qəzeti üçün məqalə yığmaq.

– Qazı cənabları məktəb açmaq üçün bir gündə əlli çuval buğda “zəkat” yığdı. C.Məmmədquluzadə.
Qaraçı qavalını açıb, pul yığır. Ü.Hacıbəyov.
Fikirləşdim ki, bəlkə adama bir az pul yığıb verək. M.Hüseyn.

// Qənaət edərək, dala ataraq yavaş-yavaş toplamaq, ehtiyat görmək. Ehtiyat yığmaq. Pul yığmaq.
2. Yetişmiş məhsulu, meyvəni toplamaq. Taxılı yığmaq. Pambığı yığıb qurtarmaq. Bağın məhsulunu yığmaq.
// Bir şey toplamaqla, dərməklə məşğul olmaq. Çiyələk yığmaq. Başaq yığmaq. Dərman otları yığmaq.

– Atası Mahmudalı kişi sədrlik eləyəndə, Şamama: – Atama kömək edirəm, – deyə həvəslə pambıq yığırdı. Ə.Əbülhəsən.

3. Yığışdırmaq, götürmək. Yorğan-döşəyi yığmaq. Xalçaları yığıb naftalinləmək.

– Arvad ikinci gün nahar vaxtı stolun üstündən yanları göy haşiyəli kətan örtüyü yığmaq istəmişdi. Ə.Sadıq.

4. Qalaq-qalaq, topa-topa düzmək, qoymaq. Taya yığmaq. Odunu anbara yığmaq. Kitabları şkafa yığmaq. Şeyləri bir yeşiyə yığmaq.
// Ümumiyyətlə, qoymaq, düzəltmək.

Gülərlə Yaşar böyük tasın içində göyərti yuyub boşqablara yığırdılar. M.İbrahimov.

5. Quraşdırmaq, ayrı-ayrı hissələrini birləşdirib tam şəklə salmaq. Mexanizmi söküb yığmaq.
6. Yavaş-yavaş, hissə-hissə toplamaq, kolleksiya düzəltmək. Marka yığmaq. Nadir şeylər yığmaq. Qədim kitablar yığmaq.

 

 

YIĞMAQ nədir? – YIĞMAQ nedir? – YIĞMAQ sözünün mənası – YIĞMAQ sozunun menasi – YIĞMAQ nə deməkdir? – YIĞMAQ ne demekdir? – YIĞMAQ sözünün izahı – YIĞMAQ sozunun izahi – YIĞMAQ sözünün istifadəsi – YIĞMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.