YETİM

sif.
1. Atası-anası, yaxud atası və ya anası ölmüş. Yetim uşaq. Atadan yetim qız.

– Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət.

// İs. mənasında. Yetimə cancan deyən çox olar, çörək verən az. ( Ata. sözü ).

Yetim malına göz dikdiyin nədir daim; Həlal kəsb məgər narəvadır, ey vaiz? S.Ə.Şirvani.
Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. C.Cabbarlı.
Bu gün isə Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman.

□ Atadan (anadan) yetim – atası (anası) ölmüş.

Bu iki uşaq atadan yetim idi … və ataları bunlara bir şey qoymamışdı. S.S.Axundov.

2. məc. Fağır, yazıq, aciz, zavallı, miskin mənasında.

[Əsgər:] Bircə deyin görüm, mən yetimin təqsiri nədir? N.Vəzirov.
Bu gün görürdüm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, … məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər. C.Məmmədquluzadə.
İndi bəlkə mən yetimin də günü ağardı, – deyə, Səməd pıçıldadı. İ.Hüseynov.

◊ Yetim segah – Azərbaycan muğamlarından birinin adı.

Fışqırıq çala-çala, dodaqaltı yetim segah oxuya-oxuya malı sahmanladı. Mir Cəlal.

Yetimlər evi köhn. – bax yetimxana.

 

 

YETİM nədir? – YETİM nedir? – YETİM sözünün mənası – YETİM sozunun menasi – YETİM nə deməkdir? – YETİM ne demekdir? – YETİM sözünün izahı – YETİM sozunun izahi – YETİM sözünün istifadəsi – YETİM sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.