YERBƏYER

zərf
1. Hər biri öz yerində; qaydada, müntəzəm.

Məclis əhli yerbəyer əyləşdilər. Aşıq Ələsgər”.
[İlyas:] …O kişilərdən gələn kağızları yerbəyer saxlasın. S.Rəhimov.

□ Yerbəyer etmək (eləmək)1) hər şeyi öz yerinə qoymaq, nizam və səliqə ilə yığmaq, yerləşdirmək, qayda ilə qoymaq.

Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yerbəyer edirdi. N.Nərimanov.
Osman dükanı üçün gətirdiyi malları yerbəyer etməklə məşğul idi. M.Hüseyn.
[Əlləzoğlu] süfrədə hər şeyi yerbəyer elədi, qara kirli əlləri ilə şişləri bir-bir qamarlayıb kababı iri, çökək bir nimçəyə çəkdi. İ.Hüseynov;

2) rahatlamaq, yerləşdirmək.

Qərəz, oğlan atı yerbəyer eləyəndən sonra yuxarı çıxdı. (Nağıl).
Gecə gəlib səni yerbəyer edərəm. M.S.Ordubadi.
Hamını yerbəyer eləyəndən sonra, müəllim gülə-gülə uşaqlara dedi… Mir Cəlal.

Yerbəyer olmaq – qayda ilə yerini tutmaq, yerləşmək, hərə öz yerini tutmaq.
2. Hər yerdən, hərə bir tərəfdən, hərə öz yerindən.

Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi.

Qızlar gülüşərək yerbəyerdən qışqırışdılar. Ə Məmmədxanlı.

 

 

YERBƏYER nədir? – YERBƏYER nedir? – YERBƏYER sözünün mənası – YERBƏYER sozunun menasi – YERBƏYER nə deməkdir? – YERBƏYER ne demekdir? – YERBƏYER sözünün izahı – YERBƏYER sozunun izahi – YERBƏYER sözünün istifadəsi – YERBƏYER sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.