YER-GÖY

is. Dünya, kainat.

[Molla özözünə:] Ay Hacı Molla Cəlil ağa, sən olasan yeri-göyü yox yerdən xəlq edən Allaha, içmə bu kafirlərin dərmanını. C.Məmmədquluzadə.
Yeri-göyü titrədən partlayış nərəsilə; Çıxarırlar yer altdan bol filiz yataqları. Ə.Cəmil.

// Hər yer, bütün aləm.

Yerə-göyə hökmün işlər; Sənsən Süleyman, a Pəri! Aşıq Ələsgər.

◊ Yer-göy ağlamaq – çox fəlakətli, acı, acınacaqlı halı bildirir.

[Bundan əlavə] hərgah nəql etsəm, bu biçarə, bədbəxt fəhlələrin başlarına nayibləri nə müsibət gətirirlər, yergöy ağlar. N.Vəzirov.

Yer-göyə sığmamaq1) çox sevinmək, çox şad olmaq;
2) bir şeyin həddən artıq çoxluğunu bildirir.

Mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir. F.Köçərli.
Qoy başqası nə cür düşünür düşünsün, Səmədin isə sevinci yerə-göyə sığmırdı. İ.Hüseynov.

 

 

YER-GÖY nədir? – YER-GÖY nedir? – YER-GÖY sözünün mənası – YER-GÖY sozunun menasi – YER-GÖY nə deməkdir? – YER-GÖY ne demekdir? – YER-GÖY sözünün izahı – YER-GÖY sozunun izahi – YER-GÖY sözünün istifadəsi – YER-GÖY sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.