YENİ

sif.
1. İlk dəfə yaradılmış lap yaxınlarda meydana gəlmiş, törəmiş; təzə (köhnə ziddi). Yeni əsər. Yeni paltar. Ən yeni maşınlar.

– Hər gün bir yeni nəğmə; Hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq.

// İstifadə olunmamış, işlənməmiş, əcərli. Yeni ayaqqabı. Yeni evə köçmək. Yeni silahlar. Yeni kostyum.
// Öz əvvəlki vəziyyətini saxlamış, dəyişməmiş halda qalmış. Paltar yeni (z.) qalıbdır.
2. Dövrümüzə aid olan, müasirimiz olan, müasir (keçmiş, köhnə, əski, qədim qarşılığı). Yeni tarix. Yeni ədəbiyyat. Yeni dünya.
□ Yeni il – yanvarın birinci günü, üzümüzə gələn il.
Yeni iliniz mübarək! – yeni il münasibəti ilə təbrik.
// İndiki, hazırkı. Yeni dövr. Yeni mərhələ.
Yeni dillər – qədim, ölü dillərdən fərqli olaraq bu gün mövcud olan dillər, müasir dillər.
Yeni insan, yeni adamlar – müasirlərimiz.

Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq.

3. Təzə tapılmış, kəşf edilmiş, keçmişdə məlum olmayan. Yeni planet. Yeni ulduz. Elmdə yeni qanun. Yeni kəşf. Yeni üsul.
4. Əvvəlkinin yerinə gəlmiş, yaxud təyin olunmuş, əvvəlkini əvəz edən. Yeni müdir. Yeni direktor. Yeni katib.
// Bir işdə hələ təcrübəsi olmayan; alışmamış, öyrənməmiş. O, bu vəzifədə yenidir.
// Köhnəni əvəz edən, əvvəlkinin əvəzində tətbiq edilən. Yeni qayda. Yeni vəzifələr. Yeni istiqamət. Yeni yol.
5. Əvvəlki deyil, başqa, digər, bambaşqa. Yeni məna. Yeni məzmun. Qarşımda yeni aləm açıldı.

– İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi… İ.Hüseynov.

6. Cavan, tər, bu ilin məhsulu; təzə. Yeni taxıl. Yeni məhsul.

– Onsuz açılmazdı yeni çiçəklər; Uçmazdı düzlərdə ağ kəpənəklər. S.Vurğun.

7. Zərf mənasında. Bir az bundan əvvəl; təzəcə.

Bəzi vaxt Cəmilə [Mirzağanın] mənzilinə gəlir, yeni aldığı bir ev əşyasının nə yerə və necə qoyulmasını təyin edirdi. S.Hüseyn.
Payızın sübhü yeni açılmışdı. S.M.Qənizadə.

◊ Yeni başdan – bax yenidən.
Yeni çıxma – təzə meydana çıxmış, moda olmuş. Yeni çıxma şey.
Yenidən yeni – lap yeni, lap təzə.
Yeni dünya köhn. – Amerika.

[Qara zənci:] Amerika, Yeni dünya! Mənim doğma vətənimdir; Babamın ağ sümükləri çürümüşdür bu torpaqda… S.Vurğun.

 

 

YENİ nədir? – YENİ nedir? – YENİ sözünün mənası – YENİ sozunun menasi – YENİ nə deməkdir? – YENİ ne demekdir? – YENİ sözünün izahı – YENİ sozunun izahi – YENİ sözünün istifadəsi – YENİ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.