YELKƏN
1. Dor ağacına bənd edilən və içinə yel dolduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçası. Gəminin yelkənlərini açmaq, yığmaq.
□ Yelkən açmaq (qaldırmaq) – yelkənləri açıb hərəkət etmək, yola düşmək.
Yelkən gəmisi – yelkənlə hərəkət edən (motorsuz) gəmi (qayıq).
Yelkən çəkmək – bax yelkən açmaq. Tez olun, yelkən çəkin, düşək yola.
Yelkənləri endirmək – hərəkət edən gəminin sürətini azaltmaq və ya saxlamaq.
2. Üstünə tut və b. xırda meyvələri çırpmaq üçün iri bez parçası. Tutu yelkənə çırpmaq.
3. Badban, çərpələng. Yelkən uçurtmaq.
◊ Yelkəni suya salmaq (vermək) – təslim olmaq.
YELKƏN nədir? – YELKƏN nedir? – YELKƏN sözünün mənası – YELKƏN sozunun menasi – YELKƏN nə deməkdir? – YELKƏN ne demekdir? – YELKƏN sözünün izahı – YELKƏN sozunun izahi – YELKƏN sözünün istifadəsi – YELKƏN sozunun istifadesi