YAZMAQ

f.
1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızmaq. Hərflər yazmaq. Not yazmaq. Mürəkkəblə yazmaq. Karandaşla yazmaq. Təbaşirlə lövhədə yazmaq.

– …Bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. C.Məmmədquluzadə.
Bütün kənd Novruza müştərək kağız yazıb göndərdi. S.Rəhman.

// Yazı işi ilə məşğul olmaq.

Ər oxurmuş da, yazarmış da, anam! Ər deyil, mühlik azarmış da, anam! M.Ə.Sabir.

// Hərfləri, sözləri və s.-ni cızmağı bacarmaq. Uşaq artıq adını yazır.
// Yazı üçün yaramaq. Karandaş yaxşı yazır. Qələm pis yazır.
2. Bir şeyin yazılı mətnini hazırlamaq. Məktub yazmaq. Təliqə yazmaq. Ərizə yazmaq.
3. Bir şey haqqında yazılı məlumat vermək; fikrini yazılı və ya mətbu şəkildə bildirmək, söyləmək, ifadə etmək. Bu xüsusda məqaləmdə yazmışam. Ona yazın ki, tez gəlsin. O xüsusda qəzetdə yazmaq lazımdır.

– Oxucularımızdan təvəqqe edirəm ki, müxbirimizin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Məmmədquluzadə.
[Rza bəy:] Həzərat, vallah, sabah bunu mən qəzetəmdə yazaram. Ü.Hacıbəyov.

// Məktub vasitəsilə müraciət etmək, bildirmək, məktub göndərmək. Çoxdandır bizə yazmırsan. Yoldaşları müntəzəm surətdə yazırlar.

[Mərcan bəy:] Ay kişi, kağızda da yazıbdır ki, sabah altıda gələcəyəm. Ü.Hacıbəyov.

4. Ədəbi-bədii, elmi, musiqi və s. əsərlər yaratmaq, təlif etmək. Hekayə yazmaq. Poema yazmaq. Dissertasiya yazmaq. Kantata yazmaq. Opera yazmaq. Balet yazmaq.

– Bu qədri şeirdə olmaz nəmək, vəli; Seyyid, ləbin havası ilə yazdı bir kitabi-ləziz. S.Ə.Şirvani.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq.
Ellərə güvənib yazsa sənətkar; İlham xəzinəsi tükənməz olar. S.Vurğun.

// Mətbuatda iştirak (çıxış) etmək, öz əsərlərini hər hansı bir mətbuatda dərc etdirmək. O, qəzetə yazır. O, aktyorluqla bərabər arabir yazır.
5. Bir təşkilata və s.-yə qəbul edib adını dəftərə qeyd etmək.
// Siyahıya almaq, qeyd etmək, qeydə almaq.

On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə.

6. dan. Müsadirə etmək üçün siyahıya almaq, başını bağlamaq. Cinayətkarın əmlakını yazdılar.

 

 

YAZMAQ nədir? – YAZMAQ nedir? – YAZMAQ sözünün mənası – YAZMAQ sozunun menasi – YAZMAQ nə deməkdir? – YAZMAQ ne demekdir? – YAZMAQ sözünün izahı – YAZMAQ sozunun izahi – YAZMAQ sözünün istifadəsi – YAZMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.