YAZI

is.
1. Yazmaq üçün tətbiq edilən qrafik işarələr sistemi; əlifba. Ərəb yazısı. Slavyan yazısı. Qot yazısı. Çin yazısı.
□ Yazı ləvazimatı – yazmaq üçün lazım olan şeylər: qələm, mürəkkəb, kağız və s.
Yazı masası (stolu) – yazı işləri üçün xüsusi şəkildə düzəldilmiş stol.

Səlimnaz arvad yazı stolunun üstünə dağılmış xırdaca kağız parçalarına baxdı. M.Hüseyn.

Yazı makinası – yazı yazmaq üçün xüsusi sistemli maşın.
Yazı taxtası – üzərində təbaşirlə yazmaq üçün enli qara lövhə.

– Divardakı yazı taxtasını, skamyaları, xəritəni görəndə bayaqkı kazak yenidən bağırdı: – Bu nədir? İ.Şıxlı.

// Yazılmış şeyin zahiri görünüşü; xətt. Aydın yazı. Qarışıq yazı. Yazısı pis deyil.
2. Kağız və ya başqa material üzərində yazılmış şeylər; xətt. Şəklin altındakı yazılar.

– Səlim baş-başa düzülən daşların yazılarını oxumaqla Mehribana məlumat verərək əylənirdi. S.Hüseyn.

// Hər hansı bir dövrə və xalqa aid yazılı abidələr. Orxon yazıları. Qədim alban yazıları. Qədim yazılar.
3. Savad, yazı-pozu, yazma qabiliyyəti. Yazı yaza bilmir.

– Nə yar yazı bilir, yazıb göndərəm; Nə deyən var o dildarə dərdimi. Q.Zakir.

4. Yazılmış hər hansı bir şey; əsər, məqalə, mətn və s. Yazının mətnini hazırlamaq.

[Zeynalın] xüsusi yazılar və tərcümələrdən də mədaxili vardı. S.Hüseyn.

5. məc. Bəxt, tale mənasında.

Əlimə almışam sədəfli sazı; Fələk yazdı mənə belə bir yazı! Aşıq Qərib”.
Əzəl başdan belə yazıldı yazı; Şirindi söhbəti, şirindi sazı. Qurbani.

◊ Yazı qaydaları – düzgün yazma qaydaları; orfoqrafiya.

 

 

YAZI nədir? – YAZI nedir? – YAZI sözünün mənası – YAZI sozunun menasi – YAZI nə deməkdir? – YAZI ne demekdir? – YAZI sözünün izahı – YAZI sozunun izahi – YAZI sözünün istifadəsi – YAZI sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.