YATIRMAQ

f.
1. Yuxuya vermək, yatmağa vadar etmək, yatağa qoymaq, uyutmaq, yuxulatmağa çalışmaq. Uşağı yatırmaq.

– Zeynal qapı ağzına gəldi, arvadı Mehriban, dörd ayını hələ bitirməmiş körpə Xalidəsini yatırırdı. S.Hüseyn.
Böyük qız lap kiçiyi yatırıb ortancılla oynayırdı. Ə.Vəliyev.

2. məc. Zorakı yolla nəhayət vermək, silah gücü ilə dayandırmaq, susdurmaq, boğmaq. Üsyanı yatırmaq.
// məc. Sakitləşdirmək, yavaşıtmaq, təsirini, gücünü azaltmaq, şiddətləndirməyə, gücləndirməyə, yayılmağa qoymamaq.

Təbrizlilərin həyəcanını yatırtmaq üçün Hacı Səməd xan mollaları və müctəhidləri səfərbər etdi… M.S.Ordubadi.

3. Aşağı əymək, aşağı sallamaq, səmtinə görə əymək. Ağacın budağını bir qədər yatırmaq.
4. İşini, hərəkətini dayandırmaq.

…Üyüdülməyə toplanan taxıl bitdiyindən [Murad] motoru yatırıb dışarı çıxdı. S.Hüseyn.

 

 

YATIRMAQ nədir? – YATIRMAQ nedir? – YATIRMAQ sözünün mənası – YATIRMAQ sozunun menasi – YATIRMAQ nə deməkdir? – YATIRMAQ ne demekdir? – YATIRMAQ sözünün izahı – YATIRMAQ sozunun izahi – YATIRMAQ sözünün istifadəsi – YATIRMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.