YAŞMAQ

is.
1. Müsəlman qadınlarının yad kişilərdən yaşınmaq üçün üzlərinin adətən gözdən aşağı hissəsini örtdükləri örtü.

Sal ağızdan yaşmaq, şəkkər dəhanın; Şirin-şirin danışmağı görünsün. Q.Zakir.
Çəkibən yaşmağı, üzünü örtmə; Sinəmin üstünə dağ qoyan dilbər! Molla Cümə.
[Mələk] məni görüncə dönüb, yaşmağı ağzına çəkib qönçə dəhanın gizlətdi. A.Divanbəyoğlu.

□ Yaşmaq tutmaq (vurmaq) – üzünün alt hissəsini yaşmaqla örtmək.

Mən yad bir kişi xeylağı olduğuma görə, [Nisə xala] şalın ucunu boynundan dolayıb, ağzına yaşmaq vurmuşdu. Qantəmir.
Arvadlar bir az geri çəkilmiş, yaşmaq tutmuşdular, cavanların ancaq gözləri güclə görsənirdi. Ə.Əbülhəsən.

// məc. Ümumiyyətlə, örtü, pərdə mənasında.

Alov artır, qaranlıq qamçılanır, günəş nazla yaşmağını qaldırır və Rüxsarənin üzünə gülümsəyirdi. S.Rəhimov.

2. xüs. Qapı taylarından birinə və qapı çərçivəsinin alt hissəsinə vurulan nazik uzun taxta parçası.
3. məc. Toyuğun cəhənglərində olan tüklər.

 

 

YAŞMAQ nədir? – YAŞMAQ nedir? – YAŞMAQ sözünün mənası – YAŞMAQ sozunun menasi – YAŞMAQ nə deməkdir? – YAŞMAQ ne demekdir? – YAŞMAQ sözünün izahı – YAŞMAQ sozunun izahi – YAŞMAQ sözünün istifadəsi – YAŞMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.