YAS

is. [ ər. ]
1. Yaxın bir adamın ölümü münasibətilə (hər cür zövq və əyləncədən imtina etmək və qara geymək şəklində ifadə edilən) hüzn və kədər; matəm. Yas paltarı (qara paltar). Yasa getmək. Onlarda yas var.

– Yas yiyəsi kiridi, yasa gələn kirimədi. (Məsəl).
Vaxtını almasın nə toy, nə də yas; Gurlayan səsinlə irəli hayqır! S.Vurğun.

□ Yas qurmaq – bax yas saxlamaq 1-ci mənada.

İntəhası bir ölüm var ki, orada yas qurub ağlarlar. C.Məmmədquluzadə.

Yas saxlamaq1) ölən adam üçün matəm məclisi qurub müəyyən adətləri yerinə yetirmək;
2) yasını saxlamaq, yasda olmaq.

Sağsağan atasının ölüm xəbərini gətiribdir, ona görə yas saxlayır. Ə.Haqverdiyev.

Yas tutmaq – bax yas saxlamaq.

[Xarrat qızından soruşur:] Bu nə fikrü xəyaldır vəsvəs; Tutmusan hansı bir əzizinə yəs? S.Ə.Şirvani.

Yas yeri – yas saxlanılan yer, yas olan ev, ölü yeri.

Hacı Nəsirin başı yas yerinə gələn adamlarla qarışdığından oğlundan xəbərsiz idi. S.S.Axundov.
Elə bil yas yerinə toplaşmışdılar. M.Hüseyn.

Yasdan çıxmaq – matəm müddəti qurtarmaq, yas saxlama müddəti qurtarmaq.

Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə, xoş gəldin. Aşıq Ələsgər.
Bütün şəhər silkinib; Əsər qoymadı pasdan; Dünənki matəm hanı? Doğrudan çıxdı yasdan. Ə.Cavad.

// Hər hansı bir ictimai fəlakət münasibətilə qəbul edilmiş əlamətlərlə ifadə olunan kədər. Yas günü elan etmək. Yas əlaməti olaraq bayraqları aşağı salmaq.
2. məc. Kədər, yas, ələm; ümidsizlik.

Getdi ol yasəməni zülf, salıb yasə məni; Yasimə bais olub, ah, o səmənbər getdi. S.Ə.Şirvani.
Bu acı xəbəri axıdan Aras; Axdı həzin-həzin ürəyində yas. S.Vurğun.

□ Yasa batmaq – çox kədərlənmək, çox qəmlənmək, çox qüssələnmək; üzü gülməmək. Hadisə mollaya o qədər təsir eləyir ki, kişi əməlli-başlı yasa batır. “M.N.lətif.

” Bənövşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur. M.P.Vaqif.

◊ Yer altından yasa getmək – bax yer.

 

 

YAS nədir? – YAS nedir? – YAS sözünün mənası – YAS sozunun menasi – YAS nə deməkdir? – YAS ne demekdir? – YAS sözünün izahı – YAS sozunun izahi – YAS sözünün istifadəsi – YAS sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.