YARPAQ

is.
1. Ağac və s. bitkilərin yastı və cinslərinə görə müxtəlif şəkildə olan yaşıl rəngli tənəffüs orqanı. Çinar yarpağı. Qoz yarpağı. Meynə yarpağı. Limon yarpağı. Yarpaqlar payızda tökülür.

– Evimiz hazırdır, bir bağ içində; Eyvanı yamyaşıl yarpaq içində. S.Vurğun.
Ağacların bir yarpağı belə tərpənmirdi. M.Hüseyn.

□ Yarpaq açmaq – yarpaqlanmaq, yaşıllaşmaq.

Şəhərin kənarında olan böyük bağçada, hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. C.Cabbarlı.
Pəncərənin önündə bir ağac; Puçurladı, yarpaq açdı. N.Rəfibəyli.

Yarpaq dolması – meynə yarpağına bükülüb bişirilən dolma.

…Boşqabın içində üstü qatıqlı dörd yarpaq dolması … qoyulardı. H.Sarabski.
Yusif yarpaq dolması ilə dolu boşqabı irəli çəkib yeməyə başladı. Ə.Vəliyev.

Yarpaq (nanə yarpağı) kimi (tək) əsmək (titrəmək) – tir-tir əsmək (qorxudan, soyuqdan).

Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə.
Gülsüm qorxusundan nanə yarpağı tək əsirdi. Ə.Haqverdiyev.

2. Vərəq, səhifə.

[Rza kişi] kağızdan bir yarpaq götürüb içinə çoxlu tənbəki tökdükdən sonra bükdü. Ə.Vəliyev.

// Yarpağa oxşayan, yarpaq şəklində olan hər şey.
3. Bənd (şeirdə). [Rəsul:] Güloğlan, dörd yarpaq söz deyəcəyəm.

Cavabın verə bilsən, mən buradan birbaş Təbrizə qayıdacağam. Aşıq Qərib”.

 

 

YARPAQ nədir? – YARPAQ nedir? – YARPAQ sözünün mənası – YARPAQ sozunun menasi – YARPAQ nə deməkdir? – YARPAQ ne demekdir? – YARPAQ sözünün izahı – YARPAQ sozunun izahi – YARPAQ sözünün istifadəsi – YARPAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.