YAPIŞMAQ

f.
1. Toxunduğu şeyə ilişib ayrılmamaq, yaxud zorla qopacaq bir surətdə bitişmək; sıvaşmaq. Kitabın səhifələri birbirinə yapışmışdır. Ayaqqabılarıma qəliz palçıq yapışıb.

– …[Qurban] ayaqlarına buz kimi yapışan yırtıq çustunun çamırını təmizləyətəmizləyə: – Molla, mənə bir məktub yaz! – dedi. A.Şaiq.

2. Bir-birinə təmas edəcək dərəcədə yaxın olmaq, tamamilə yanaşmaq; çatmaq.

Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib gözəl surətdə qulaqlarına yapışmışdır. Çəmənzəminli.

// Bir-birindən qopmamaq, ayrılmamaq. Susuzluqdan dodaqları bir-birinə yapışmışdı.
3. Tutmaq, bərk-bərk tutmaq, qarmalamaq. Əlindən yapışmaq. Qolundan yapışmaq.

– …Birə beş bir-birinə söyəndən sonra bellərə yapışdılar. N.Nərimanov.
Kərbəlayı Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. C.Məmmədquluzadə.
Mühəndis isə, yəhər əyilməsin deyə, üzəngidən yapışmışdı. M.İbrahimov.

// Tutub qaldırmaq; qaldırmaq (çəkmək, dartmaq) üçün əli ilə tutmaq.

[Qurban:] Di gəl, bu şələyə yapış, qoy dalıma. Ə.Haqverdiyev.
İnəkləri sağıb üçqulplu qazanı doldurduq, hərəmiz bir qulpundan yapışıb qazanları ocağın qırağına gətirdik. A.Divanbəyoğlu.

// Dişlərini keçirmək, dişləri ilə tutub buraxmamaq. İt baldırımdan yapışdı.
4. Məşğul olmaq, başlamaq, girişmək, şüru etmək. Bir sənətdən yapışmaq. Bir işdən yapışmaq. – [Kərbəlayı Zalın] arvadı hərdənbir deyirdi: – A kişi sənin saqqalına nə şaşka yaraşır, nə də şapka.

Gəl bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Ə.Haqverdiyev.
[Məşədi Əsgərin] bu vasitə ilə hərçənd qolu sağalmağa başlamışdısa da, amma işə yapışmağa qüdrəti yox idi. S.M.Qənizadə.

5. məc. Dəymək, toxunmaq.

Çovutma bir güllə gözlənilmədən; Yapışır alnıma, yıxılıram mən. S.Vurğun.

6. məc. dan. Yapışıb əl çəkməmək, bir an belə aralanmamaq; əl çəkməyərək danışmaq, müraciət etmək, təngə gətirmək. Adama yapışdımı, əl çəkən deyil.
7. Keçmək, sirayət etmək. Soyuğa öyrənmiş adama azar çətin yapışar.
8. məc. dan. Bənd olmaq, mane olmaq, …qoymamaq. Acıq edib gedənə yapışma.

 

 

YAPIŞMAQ nədir? – YAPIŞMAQ nedir? – YAPIŞMAQ sözünün mənası – YAPIŞMAQ sozunun menasi – YAPIŞMAQ nə deməkdir? – YAPIŞMAQ ne demekdir? – YAPIŞMAQ sözünün izahı – YAPIŞMAQ sozunun izahi – YAPIŞMAQ sözünün istifadəsi – YAPIŞMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.