YANIQ


1. is. Yanmış şey. Yanıq qoxusu. Yanıq dadı.
2. is. Od və ya başqa yandırıcı şeyin təsiri ilə bədən toxumasında əmələ gələn zədə.
// Yanmaq əsəri, bədənin yanmış yerinin nişanəsi, izi. Əlinin yanığı. Üzündə bir yanıq var.
3. sif. Susuzluqdan qurumuş, yanmış.

Qurudu Əjdərin yanıq boğazı; Dolandı başına çiçəkli yazı. H.K.Sanılı.
Yanıq torpaq yandırmışdı hər barını; Qurutmuşdu saplağında ilk baharın novbarını. M.Dilbazi.

4. sif. məc. Dərdli, qəmli, ürəyində dərdi olan; yanıqlı.

[Qurban] tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. A.Şaiq.
Açmayır dərdini qərib bir kəsə; Qulaq verib durur hər yanıq səsə. Ə.Cavad.
Baxdı anasının yanıq üzünə; Dağınıq saçına, yaşlı gözünə… H.K.Sanılı.

5. sif. Cılız, zəif, sısqa.
◊ Yanıq vermək – acıq vermək, acıqlandırmaq, qəsdən hirsləndirmək, qızışdırmaq.

Deyəsən, Rübabə Vahid ilə birləşib Gəldiyevə meydan oxuyur, ya yanıq verirdilər. Mir Cəlal.

Yanığını çıxartmaq – acığını çıxarmaq, intiqam almaq.

 

 

YANIQ nədir? – YANIQ nedir? – YANIQ sözünün mənası – YANIQ sozunun menasi – YANIQ nə deməkdir? – YANIQ ne demekdir? – YANIQ sözünün izahı – YANIQ sozunun izahi – YANIQ sözünün istifadəsi – YANIQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.