YAĞ

is.
1. Ev heyvanlarının südündən hasil edilən, asan əriyən, yeyilən və xörək bişirmək üçün işlədilən maddə. Şit yağ (kərə). Ərinmiş yağ. Camış yağı. Sarı yağ (ərinmiş yağ). İnək yağı.

– Yağdan sonra düyü tədarükünün dalına düşürlər, çünki plov düyüsüz olmaz. C.Məmmədquluzadə.
Hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik. A.Şaiq.
Pərşan ocağı alışdırdı, tavaya yağ atdı. M.İbrahimov.

2. Ətin içində olan ağ və əriyən maddə; piy. İç yağı. Quyruq yağı.
// Heyvanın dərisi altında qalın bir təbəqə təşkil edən piy maddəsi.

…Yağ əridikcə közün üstünə damcılayıb cızıldayır, seyrək tüstü qalxıb sakit havada yayılır, həyəti kabab iyi bürüyürdü. İ.Hüseynov.

3. Bəzi bitkilərin tumundan, çiçəyindən və ya meyvələrindən çıxarılan maddə, yağlı maye. Günəbaxan yağı. Pambıq yağı. Zeytun yağı. Küncüt yağı. Xaşxaş yağı.
// Mineral mənşəli bəzi maddələrdən alınan yağlı maye. Neft yağı. Maşın yağı.
4. tib. Tərkibində yağ maddəsi olan bəzi dərmanların adı. Sürtkü yağı.
5. məc. dan. Fayda, xeyir mənasında.
◊ Balıq yağı – bəzi dəniz məməlilərindən alınan və müalicə məqsədi ilə işlədilən yağ. Həkim uşağa balıq yağı yazıb.
Yağ çıxarmaq (tutmaq) – südü çalxamaqla yağ hasil etmək.

Arvadların bir qismi maşınla yağ çıxarır, o biri qismi isə südü mayalayıb pendir tuturdu. İ.Əfəndiyev.

Yağ kimi dan. – asanlıqla, maneəsiz.

Dinləyə-dinləyə “oxqay”lar deyir; Canına yağ kimi yayılır şeir. S.Vurğun.

Yağ kimi ürəyinə yatmaq – çox xoşuna gəlmək, məmnun etmək, ləzzət vermək. Onun sözləri yağ kimi ürəyimə yatdı.

– Bağır ömründə birinci dəfəydi ki, Nurcabbara “şair” deyirdi və güman eləyirdi ki, bu söz Nurcabbarın ürəyinə sarı yağ kimi yayılmalıdı… İ.Məlikzadə.

Yağ salmaq1) bişərək yağı çıxmaq. Quymaq yağ salıb;
2) məc. kökəlmək.
Yağ yaxmacı – üzərinə yağ sürtülmüş çörək parçası.

Rüstəm bəy bir parça çörək götürüb özünə yağ yaxmacı qayırdı. Çəmənzəminli.

Yağ zavodu – süddən yağ və başqa ağartı hazırlayan zavod.
Yağa düşmək – bax yağ salmaq 1-ci mənada.

 

 

YAĞ nədir? – YAĞ nedir? – YAĞ sözünün mənası – YAĞ sozunun menasi – YAĞ nə deməkdir? – YAĞ ne demekdir? – YAĞ sözünün izahı – YAĞ sozunun izahi – YAĞ sözünün istifadəsi – YAĞ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.