XEYİR
1. Fayda, mənfəət.
□ Xeyir dəymək (gəlmək) – faydası olmaq, xeyri olmaq.
Xeyir eləmək – bax xeyir görmək.
Xeyir gətirməmək – heç bir xeyri olmamaq, ziyan vermək, zərəri olmaq. [Rəhim xan Sitarəyə:] Dilin çox itidir.
Xeyir görmək – mənfəət götürmək, xeyri olmaq, faydalanmaq.
Xeyir vermək – mənfəət vermək, fayda vermək. [Qurban:] Molla, mənə bir məktub yaz.
Xeyri qalmamaq – daha heç bir faydası olmamaq, artıq işə yaramamaq, işlənməz, yararsız hala gəlmək.
Xeyri yox – artıq işə yaramır, faydasızdır.
Öz xeyrini güdmək – ancaq öz mənafeyi üçün çalışmaq.
// Qazanc, fayda.
2. Yaxşılıq, yaxşı iş.
□ Xeyir iş görmək – yaxşılıq eləmək.
◊ Xeyir xəbər – xoş xəbər, ürəkaçan xəbər, yaxşı xəbər, sevindirici xəbər. [Hacı Kamyab:] Çox mübarək və böyük səadətdir. Bu saat gedim bu xeyir xəbəri qızın anasına da yetirim.
Xeyir iş – 1) evlənmə, nikah, toy, nişan, düyün. [Əfifə:] Zəhmət haqqı olmasa da, mən bu vəzifəni bitirə bilərəm.
2) faydalı, sevindirici. Bir kəndin ki koxası Mürşüd ola, heç olar ki, orada xeyir iş ola? ( Ata. sözü ).
Xeyir ola? Xeyir olsun? Xeyir xəbər ola? – heyrət, maraq, təəccüb məqamında işlənən sual ifadəsi.
Xeyrini görəsən! – yeni alınan, əldə edilən şey haqqında xoş arzu bildirir (bəzən istehza yolu ilə deyilir).
Xeyrini görmək – istifadə etmək, faydalanmaq.
Axşamın (sabahın) xeyir! – səhər (axşam) görüşüb salamlaşdıqda işlənən ifadə.
Allah xeyrə calasın! Allah xeyir versin! – xoş arzu, uğur arzusu bildirən ifadə.
Başıma xeyir! – təəccüb, heyrət ifadəsi.
XEYİR nədir? – XEYİR nedir? – XEYİR sözünün mənası – XEYİR sozunun menasi – XEYİR nə deməkdir? – XEYİR ne demekdir? – XEYİR sözünün izahı – XEYİR sozunun izahi – XEYİR sözünün istifadəsi – XEYİR sozunun istifadesi