XATİR
1. İnsanın keçmişdə olmuş bir şeyi yadda saxlama qabiliyyəti; yaddaş, zehin. O əhvalat indi də xatirimdədir.
□ Xatirə düşmək (gəlmək) – yada düşmək, hafizədə, yaddaşda yenidən canlanmaq.
Xatirə gətirmək – yada salmaq, anmaq.
Xatirində qalmaq (yaşamaq) – yadında qalmaq, unutmamaq.
Xatirində saxlamaq – yadından çıxarmamaq, unutmamaq.
Xatirindən çıxmaq – yaddaşdan çıxmaq, unutmaq. Ürəyim təngləşirdi.
2. məc. Könül, ürək, qəlb mənasında.
// məc. Mənlik hissi.
□ Xatirinə dəymək (toxunmaq) – mənliyinə, izzəti-nəfsinə toxunmaq.
3. Hörmət, sayğı. Sənin xatirin üçün. O, xatir bilən deyil.
□ Xatir saxlamaq – hörmət saxlamaq, sayğı bəsləmək.
4. Xatirinə şəklində – 1) hörmət, sayğı əlaməti olaraq.
2) …naminə, …üçün, …görə, …uğrunda.
◊ Xatiri qalmaq – bir şeydən incimək, könlünə toxunmaq, məyus olmaq, ürəyi incimək.
Xatiri olmaq – hörməti olmaq, nüfuzu olmaq, sayılmaq, istənilmək, əzizlənmək.
Xatiri … yanında əziz olmaq – hörmət edilmək, əzizlənmək, sayılmaq.
Xatirini almaq – könlünü almaq, təskin etmək, ürək-dirək vermək.
Xatirini gözləmək (saxlamaq) – hörmətini gözləmək, hörmətini saxlamaq, hörmət etmək, xatirini istəmək.
Xatirini istəmək – sayğı, hörmət bəsləmək, əziz saymaq, yanında hörməti olmaq.
Xatirini qırmaq (sındırmaq) – qəlbinə dəymək, ürəyini sındırmaq. Lələ Lətifin xatirini sındırmayıb gül bağına getdi. “Lətif şah”.
Allah xatirinə – yalvarış, xahiş mənasında: sən Allah, Allah eşqinə.
XATİR nədir? – XATİR nedir? – XATİR sözünün mənası – XATİR sozunun menasi – XATİR nə deməkdir? – XATİR ne demekdir? – XATİR sözünün izahı – XATİR sozunun izahi – XATİR sözünün istifadəsi – XATİR sozunun istifadesi