XATA
1. bax xəta.
// Qəbahət, qüsur, günah, yanılma, istənilmədən edilən səhv. Kiçikdən xata, böyükdən əta. ( Ata. sözü ).
□ Xata eləmək – səhv iş görmək, yanılmaq, səhv etmək.
2. Qorxu, təhlükə, xətər ehtimalı. Sənin xatan var. Xatadan qurtarmaq.
// Qorxulu, təhlükəli, faciə ilə nəticələnə bilən iş, hərəkət, əməl; qorxu, təhlükə. Bəzi yerdə çiy ət yemək adətdir, çiy əti zəif xəstəyə və uşağa da verirlər.
◊ Xata baş vermək – ölüm və ya başqa ağır bir hadisə üz vermək.
Xata çıxar(t)maq – faciə ilə nəticələnə və ya pis nəticəsi ola biləcək bir iş görmək.
Xata dəymək – bəla üz vermək, xətər toxunmaq, zərər dəymək.
Xatada qalmaq – pis, çıxılmaz vəziyyətdə qalmaq, əngələ düşmək.
Xatanı başdan eləmək – gözlənilən təhlükədən uzaqlaşmaq, uzaqlaşdırmaq, qorxudan çıxmaq.
Xatası başdan olmaq – xatası, təhlükəsi aradan qalxmaq, yox olmaq, sovuşmaq.
Xataya düşmək – əngələ düşmək, təhlükəli vəziyyətə düşmək.
Əlindən xata çıxmaq – istəmədən adam öldürmək, qan tökmək.
[Mirzə İsmayıl:] Dəli iyiddir.
Öz(ü)-özünü xataya salmaq – gördüyü işin nəticəsini fikirləşmədən işini əngələ salmaq, özünü çətin vəziyyətə, bəlaya salmaq.
XATA nədir? – XATA nedir? – XATA sözünün mənası – XATA sozunun menasi – XATA nə deməkdir? – XATA ne demekdir? – XATA sözünün izahı – XATA sozunun izahi – XATA sözünün istifadəsi – XATA sozunun istifadesi