XAN
1. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu və bu titulu daşıyan şəxs.
// Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb.
2. məc. Ağa, hökmran.
3. köhn. Aşıq-aşıq oyununda: başçı, hakim.
4. məc. Obrazlı təşbehlərdə: canalıcı, işvəli, nazlı gözlərə işarə.
5. Bəzi mürəkkəb kişi adlarının ikinci tərkib hissəsi; məs.: Muradxan, İsmixan, Səlimxan.
◊ Xan ilə aş (plov) yemir ki, bığı yağa batar – çox məğrur, lovğa, təkəbbürlü adam haqqında.
XAN nədir? – XAN nedir? – XAN sözünün mənası – XAN sozunun menasi – XAN nə deməkdir? – XAN ne demekdir? – XAN sözünün izahı – XAN sozunun izahi – XAN sözünün istifadəsi – XAN sozunun istifadesi