XƏMİR
1. Unun az su və ya başqa bir maye ilə yoğurulmasından hasil olan suvaşqan kütlə. Acıtmalı xəmir. Düşbərə xəmiri. – Xəmir yeyənin fağırı olmaz. ( Ata. sözü ).
□ Xəmir yoğurmaq (qatmaq, salmaq) – çörək bişirmək üçün xəmir hazırlamaq.
”.
// Yumşaq şey haqqında. Bu lap xəmirdir ki.
2. Çiy, yaxşı bişməmiş çörək haqqında. Bulka lap xəmirdir.
◊ Xəmir kimi – yorğun, əzgin, lırt.
Xəmiri yumşaq (sıyıq) – tez yumşalan, iradəsi zəif adam haqqında. Çox xəmiri sıyıq adamdır.
Xəmirinə özgə mayası qatmamaq – öz halal zəhmətilə yaşamaq mənasında.
Xəmirləri ayrı cür yoğrulub – xasiyyətcə bir-birindən çox fərqlənən adamlar haqqında.
Bu xəmir (hələ) çox su aparacaq (götürəcək) – çox vaxt, çox səy, sınaq, zəhmət tələb edən, tez başa gəlməyən şey haqqında. [Mürsəl:] Paşa bəy böyüklərinə bel bağlayır, biz də elə arxalanırıq.
XƏMİR nədir? – XƏMİR nedir? – XƏMİR sözünün mənası – XƏMİR sozunun menasi – XƏMİR nə deməkdir? – XƏMİR ne demekdir? – XƏMİR sözünün izahı – XƏMİR sozunun izahi – XƏMİR sözünün istifadəsi – XƏMİR sozunun istifadesi