XƏBƏR
1. Bir iş, hadisə və s. haqqında məlumat.
□ Xəbər almaq – soruşmaq, bilmək, istəmək. Məsələni xəbər almaq. İşi xəbər almaq.
Xəbər çıxmaq – bir hadisə və s. haqqında söz eşidilmək, şayiə çıxmaq (yayılmaq).
Xəbər çıxmamaq – getmiş, yaxud yoxa çıxmış bir adamdan, ya da gözlənilən bir işdən heç bir soraq gəlməmək, heç bir xəbər eşidilməmək.
Xəbər eləmək – bildirmək, xəbərdar etmək.
Xəbər gəlmək – söz eşidilmək, məlumat gəlmək.
Xəbər gətirmək – gördüyü və ya eşitdiyi bir şey haqqında məlumat vermək, bildirmək.
Xəbər tutmaq – soruşub bilmək, məlumat almaq, məlumat əldə etmək, xəbərdar olmaq.
Xəbər vermək – məlumat vermək, bildirmək, xəbərdar etmək, çatdırmaq.
Xəbər yayılmaq – şayiə yayılmaq, söz yayılmaq.
…xəbəri gəlmək – 1) haqqında məlumat gəlmək, nəticəsi bilinmək, sorağı gəlmək. Məktubun xəbəri hələ də gəlməyib;
2) birinin ölümü haqqında məlumat, xəbər gəlmək. Ölüm xəbəri gəlmək.
2. Məlumat, bilik, vaqiflik. Onun elmdən heç xəbəri yoxdur. Bu işdən xəbərim yoxdur.
3. qram. Mübtəda ilə ifadə olunan əşyanın əlamətini göstərən cümlənin iki baş üzvündən biri.
4. Yalnız cəm şəklində: xəbərlər – vaxtaşırı nəşr edilən bəzi məcmuələrin adı. “Azərbaycan Elmlər Akademiyasının Xəbərləri”.
XƏBƏR nədir? – XƏBƏR nedir? – XƏBƏR sözünün mənası – XƏBƏR sozunun menasi – XƏBƏR nə deməkdir? – XƏBƏR ne demekdir? – XƏBƏR sözünün izahı – XƏBƏR sozunun izahi – XƏBƏR sözünün istifadəsi – XƏBƏR sozunun istifadesi