is. [
ər. ]
1. Olma, varlıq, mövcud olma, var olma.
Bəs bunların vücudu nəyə lazımdır! M.F.Axundzadə.
Kəndlilər onun [Xəlilin] vücudunu özləri üçün bir nemət bilirdilər. S.Hüseyn.
□ Vücuda gəlmək – əmələ gəlmək, meydana gəlmək, ortaya çıxmaq, törəmək.
Hüsnün kitabətindən gəldi vücudə aləm. Nəsimi.
[Əhməd] bu uzun müddət içində Bakıda nə kimi bir dəyişiklik vücuda gəldiyini görmək, bilmək istəyirdi. A.Şaiq.
Vücuda gətirmək – yaratmaq, törətmək, meydana gətirmək.
2. Cisim, bədən, orqanizm.
[Fəxrəddin:] Yox, o deyil, mənim sevgilimin boyu bundan daha ucadır, vücudu daha böyük tənasübə malikdir. M.S.Ordubadi.
[Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq … mövcuddur. S.Hüseyn.
Vücudun möhkəm olması döyüşçü üçün mühüm şərtdir. Mir Cəlal.
3. Adam, şəxs.
Amma mən elə başa düşmədim ki, bu yavuqlarda vəfat edən bir vücudun barəsində o qədər çığır-bağır saldılar. C.Məmmədquluzadə.
Məşədi Səttar dedi: – Bu da bir tühaf vücuddur. Ə.Haqverdiyev.
Gözümün qarşısında mələk qədər məsum bir vücud od içində yanır. S.Hüseyn.
[Səfər bəy:] A kişi, Mirzə Turab, sənə kişi kimi söz deyirəm, siz iki qardaşsınız, ikiniz də alim vücudsunuz. B.Talıblı.