VARLIQ

is.
1. Olma, var olma, mövcud olma; mövcudiyyət (yoxluq ziddi).

Məhəbbət özü də canlı həyatdır; Onun varlığını yaşayan duyur. S.Vurğun.
“Sual” romansında çoban həyatını, gözəl mənzərələri təsvir edən Asəf Zeynallı xoş və gözəl təbiət qucağında yaşayan insan varlığındakı mənanı oxşayır. Ə.Bədəlbəyli.

2. fəls. Şüurdan asılı olmayaraq mövcud olan hər şey – maddə, maddi aləm, təbiət.
3. məc. Həqiqətdə mövcud olan şeylər, təbiət, aləm, dünya, kainat, bütün mövcudat.

Varlığa güldükcə o nazlı bahar; Çiçəklər, qönçələr açır hər dilək. S.Vurğun.
Bütün varlıq, bütün kainat sanki yenidən varlanır, yenidən səslənir … onun [şairin] gözündə işıqlanırdı. Ə.Məmmədxanlı.

// məc. Real aləm, real həyat, ictimai mühit. [C. Məmmədquluzadə ] xəyalata uyan, idealların gözəlliyi ilə yaşayan, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. M.İbrahimov.
4. məc. Həyat, həyat mənbəyi mənasında.

Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. S.Rüstəm.

5. məc. Qüvvət, güc, səy, cəhd mənasında.

[Firidun] yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. M.İbrahimov.

□ Bütün varlığı ilə1) var gücü ilə, ciddiyyətlə.

Mənim dövlətimdir, mənim varımdır; Bütün varlığımla sevə bilməyim. B.Vahabzadə;

2) bütün təfərrüatı ilə, bütün incəlikləri ilə, olduğu kimi.

Ana qəlbini bu dünyada hansı sənətkar bütün varlığı ilə təsvir etmişdir. S.Rəhimov.

6. Bolluq, rifah. Varlığa nə darlıq. ( Ata. sözü ).
7. Vücud, bədən mənasında.

Təliənin bütün varlığı titrədi və qız qorxdu. M.S.Ordubadi.
Onun gözəlliyi, incə varlığı; Duyan ürəklərə lərzə salırdı. S.Vurğun.
Bütün varlığında bir ağrı gəzdi; Az qaldı mənliyi alışıb yana. M.Rahim.

 

 

VARLIQ nədir? – VARLIQ nedir? – VARLIQ sözünün mənası – VARLIQ sozunun menasi – VARLIQ nə deməkdir? – VARLIQ ne demekdir? – VARLIQ sözünün izahı – VARLIQ sozunun izahi – VARLIQ sözünün istifadəsi – VARLIQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.