VARİÁSİYA

[ lat. ]
1. mus. Əsas musiqi mövzusunun, onun ayrı-ayrı elementlərini (ritm, harmoniya və s.) dəyişdirmək yolu ilə başqa şəklə salınması.

“Vilayəti”nin birinci cümləsi variasiya şəklində təkrar olunmasını tələb edir. Ü.Hacıbəyov.
Adından bəlli olduğu kimi, variasiya tərzində yazılmış əsərlərdə müəyyən bir melodiya (tema) sonradan müxtəlif surətdə başqa şəkildə dəyişdirilərək, hər dəfə yeni bir variantda ifadə edilir. Ə.Bədəlbəyli.

// Cəm şəklində: variasiyalar mus. – əsas mövzunun təkrarından və müxtəlif şəkildə işlənməsindən ibarət musiqi əsəri, rəqs və s.
2. biol. Təbii və ya süni şərait təsiri altında heyvanların və ya bitkilərin öz əsas tipindən kənara çıxması, bir qədər dəyişməsi. Oxşar heyvanların cütləşdirilməsi faydalı variasiyaları cütləşdirməkdən əlavə, bir də bu variasiyaları nəslə mümkün qədər daha yaxşı vermək qabiliyyətini heyvanlarda təlim etmək məqsədini güdür. “Ümumi zootexniya”.

 

 

VARİÁSİYA nədir? – VARİÁSİYA nedir? – VARİÁSİYA sözünün mənası – VARİÁSİYA sozunun menasi – VARİÁSİYA nə deməkdir? – VARİÁSİYA ne demekdir? – VARİÁSİYA sözünün izahı – VARİÁSİYA sozunun izahi – VARİÁSİYA sözünün istifadəsi – VARİÁSİYA sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.