is. [
ər. ] Xəyala gələn qorxulu şeylər, hövl.
Təklik, xarabanın vahiməsi, qaranlıq gecə … bunların heç birisi ərindən qaçmış cavan gəlinə əsər edə bilmədi. Çəmənzəminli.
// Qorxu, dəhşət; təşviş və narahatlıq.
Hamının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov.
Qız vahimə və iztirabla yoldaşlarına baxır və heç bir söz demirdi. İ.Əfəndiyev.
□ Vahimə basmaq (götürmək, bürümək) – bərk qorxmaq, dəhşətə düşmək, qorxuya düşmək, vahimələnmək.
Nurəddin qorxaq uşaq deyilsə də, meşənin vahiməsi onu da basmışdı. S.S.Axundov.
Tellini yenidən vahimə bürüdü.
O qorxurdu. S.Hüseyn.
Vahimə etmək – qorxmaq.
[Ağa Kərim:] Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etməyəsən. M.F.Axundzadə.
Heç vahimə etmirəm əcəldən; Mən qorxmamışam, ana, cədəldən. A.Səhhət.
Vahiməyə düşmək – bax vahimələnmək.
Dolama yollarla enirkən bəzi yoldaşlarımız vahiməyə düşdü. S.Rüstəm.
Xanlar anasının daha da narahat olduğunu, doğrudan da vahiməyə düşdüyünü görüb, onu toxdatmağa çalışdı. S.Rəhimov.
Vahiməyə salmaq – bax vahimələndirmək.
Həyətə girdikdə əsrarəngiz … sükut insanı vahiməyə salırdı. M.İbrahimov.