VƏZ

is. [ ər. ]
1. Vaizin məsciddə camaata söylədiyi dini məsələlərə aid nəsihətamiz və təbliği sözlər; moizə.

Vəz tamam oldu və axund Molla Rəhim minbərdən aşağı endi. M.F.Axundzadə.
Molla qabaqca bir uzun vəz başladı. Ə.Haqverdiyev.
Namaz qurtardıqdan sonra, vaiz minbərə çıxıb vəzə başlayır. H.Sarabski.

2. məc. isteh. Nəsihət, öyüd, göstəriş mənasında.

On altıncı nömrəmizdə Molla Pirqulunun … etdiyi vəzindən bir neçə söz danışmışıq. C.Məmmədquluzadə.

□ Vəz etmək (eləmək, vermək) isteh. – nəsihət vermək, öyüd vermək; uzun danışmaq, mətləbi uzatmaq, uzunçuluq etmək.

[Vəli:] Bəsdir, çox vəz vermə, görürsənmi, yuxarıda bir zad qaralır? M.F.Axundzadə.
Bil ki, balıq qədər qanım soyuqdur; Min vəz eləsən də, mənası yoxdur. S.Vurğun.

Vəz oxumaq – bax vəz etmək (eləmək, vermək). Vəz oxumaq asandır, əməl etmək çətin. ( Ata. sözü ).

 

 

VƏZ nədir? – VƏZ nedir? – VƏZ sözünün mənası – VƏZ sozunun menasi – VƏZ nə deməkdir? – VƏZ ne demekdir? – VƏZ sözünün izahı – VƏZ sozunun izahi – VƏZ sözünün istifadəsi – VƏZ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.