VƏSİLƏ

is. [ ər. ]
1. Vasitə, yol, üsul.

Öz ixlas və hüsni-xidmətini [hər kəs] bu mətləbin təhsilinə vəsilə bilsin. M.F.Axundzadə.
[Mirzə Məhəmmədqulu:] … Bu vəsilə ilə sizləri bəlkə qaranlıq aləmindən çıxarda. C.Məmmədquluzadə.

2. Vəsait.

[Molla Qurban:] Arvad-uşağı ac saxlamaq olmaz, gərək əldə bir vəsilə olsun. Ə.Haqverdiyev.

3. Səbəb, bəhanə.

Bu keyfiyyət onun üçün çox yaxşı bir vəsilə göründü ki, onun və sair münəccimlərin guri-pədərini yandırsın. M.F.Axundzadə.
Naümid bir ricət, bir vəsileyi-qəhr daha çıxdı. M.Ə.Sabir.
Bu atmacalar generalın danışması üçün bir vəsilə oldu. Ə.Əbülhəsən.

// Fürsət. Vəsilə axtarmaq.

– Şərh edəsən ona qəmi-dilimi; Bir vəsilə sala Tanrı, görəsən. Q.Zakir.

 

 

VƏSİLƏ nədir? – VƏSİLƏ nedir? – VƏSİLƏ sözünün mənası – VƏSİLƏ sozunun menasi – VƏSİLƏ nə deməkdir? – VƏSİLƏ ne demekdir? – VƏSİLƏ sözünün izahı – VƏSİLƏ sozunun izahi – VƏSİLƏ sözünün istifadəsi – VƏSİLƏ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.