ÜZÜK₁
1. Əsasən qızıldan qayrılan, bəzək üçün və ya evlilik rəmzi kimi barmağa taxılan halqa; barmaqlıq. Brilyant qaşlı üzük.
□ Üzük gətirmək (aparmaq) etnoqr. – razılıq əldə edildikdən sonra qıza nişan taxmaq üçün oğlan evindən qız evinə üzük və şirni gətirmək (aparmaq).
Üzük qaşı – üzüyün üstündə olan qiymətli daş.
Üzük taxmaq – nişanlı olduğunu bildirmək üçün qızın barmağına üzük keçirmək; nişanlamaq. Qıza üzük taxmaq.
2. Üzük şəklində detal, hissə. Valın üzüyünü dəyişmək.
◊ Üzük qaşı kimi əhatə etmək (dövrəyə, araya almaq, halaylamaq) – əhatə etmək, mühasirəyə salmaq, ətrafını tutmaq, hər tərəfini sarmaq.
Üzükdən keçmək – çox zərif, incə şey haqqında.
ÜZÜK₁ nədir? – ÜZÜK₁ nedir? – ÜZÜK₁ sözünün mənası – ÜZÜK₁ sozunun menasi – ÜZÜK₁ nə deməkdir? – ÜZÜK₁ ne demekdir? – ÜZÜK₁ sözünün izahı – ÜZÜK₁ sozunun izahi – ÜZÜK₁ sözünün istifadəsi – ÜZÜK₁ sozunun istifadesi