ÜZR

is. [ ər. ]
1. Edilən bir qəbahət və ya qüsurun qeyri-ixtiyari və ya məcburiyyət qarşısında edildiyini sübuta çalışaraq, bağışlanması üçün irəli sürülən bəhanə, səbəb. Üzrüm var. Üzrü ağlabatandır.
□ Üzr istəmək (diləmək) – öz qəbahət və ya hərəkətinin bağışlanmasını xahiş etmək.

Məşədibəy qapını açdı, müəllimdən üzr istəyib içəri girdi. M.Hüseyn.
[Halay Şiraslana:] Şirin və həssas qəlbinə toxunduğumuz üçün üzr istəyirik! S.Rəhimov.

2. Bəhanə, səbəb, dəlil.

Bir də görünsə bu sifət, bu əda; Üzr yoxumdur, mənə eylə cəza. S.Ə.Şirvani.
İnkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla. R.Rza.

□ Üzr gətirmək – müqəssir olmadığını sübut etmək üçün səbəb göstərmək, dəlil gətirmək, sübut etmək.

[Şah:] Əgər üzr gətirməsə, boynunu vurdurun. M.F.Axundzadə.

3. Qüsur, nöqsan, eyib.
4. Bax üzr yeri.
□ Üzr yeri – ölü yeri, təziyə. Üzr yerinə getmək.

 

 

ÜZR nədir? – ÜZR nedir? – ÜZR sözünün mənası – ÜZR sozunun menasi – ÜZR nə deməkdir? – ÜZR ne demekdir? – ÜZR sözünün izahı – ÜZR sozunun izahi – ÜZR sözünün istifadəsi – ÜZR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.