USTA
1. Bir sənəti lazımınca, əsaslı surətdə öyrənib onunla məşğul olan adam; sənətkar.
// Peşə, sənət öyrədən şəxs; tərbiyəçi, müəllim.
// Öz işində böyük bacarıq və məharət qazanmış mahir adam, mahir sənətkar. Bədii söz ustası. İncəsənət ustalarının konserti. Üzümçülük ustası.
// məc. Ümumiyyətlə, mahir, bacarıqlı, zirək adam haqqında.
□ Usta tərpənmək – zirəklik göstərmək, zirək tərpənmək, biclik işlətmək.
2. İstehsalatda, uçuşda və s.-də inzibati və texniki rəhbərliyi həyata keçirən şəxs. Növbə ustası. Buruq ustası.
3. Ən görkəmli idmançılara verilən ad və bu adı daşıyan şəxs. Əməkdar idman ustası.
USTA nədir? – USTA nedir? – USTA sözünün mənası – USTA sozunun menasi – USTA nə deməkdir? – USTA ne demekdir? – USTA sözünün izahı – USTA sozunun izahi – USTA sözünün istifadəsi – USTA sozunun istifadesi