ÜST
1. Bir şeyin ən yuxarı səthi, üzü; üzər (alt ziddi). Şkafın üstünü təmizləmək.
Dildarın hirsi xeyli soyumuş, köpü bir az alınmışdı.
2. Yuxarıda olan, yuxarıda yerləşən, yuxarıdakı. Üst çənə. Üst dişlər.
3. Uzanmış halda olan adamın üst tərəfi.
4. Tikilinin, binanın yuxarıdakı səthi; dam. Anbarın üstü örtülmüşdür.
5. Üzər.
6. Geyimin bayır tərəfi, üzü. Üstünü ləkələmək. Üstünü silkələmək.
7. Üstdən geyilən.
// Paltar, üst-baş. Üstünü dəyişdirmək. Üstünü şotkalamaq.
8. Kənar, qıraq, yaxınlıq.
// Bel, dal.
9. Üstündə şəklində – səbəb bildirir; …görə, …səbəbinə. Sənin üstündə mənə söz gələcək. Hər şeyin üstündə adam əsəbiləşməz.
10. Barəsində, haqqında, xüsusunda. [Nurcahan:] Mən Səfiqulunun xalasıyam.
□ Nə üstə (üstdə) – nə üçün, nəyə görə, nə səbəbə.
Kimsə dedi: – Bəy Almazı döyür.
11. Üstündəki şəklində – ixtiyarındakı, öhdəsindəki, üzərindəki.
◊ Üst dodağı göy süpürür, alt dodağı yer – çox qaşqabaqlı, acıqlı, üzügülməz adam haqqında.
Üstü açılmaq – faş olmaq, məlum olmaq, ortaya çıxmaq.
Üstü yoxdur – tayı-bərabəri, misli-bərabəri olmayan şey haqqında.
Üstündə durmaq – 1) fikrindən, təklifindən, sözündən əl çəkməmək, dönmədən müdafiə etmək, inad göstərmək. Fikrinin üstündə durmaq.
2) müzakirə, götür-qoy, məsləhət nəticəsində bir çox şeydən, adamdan birini seçmək, birini bəyənmək.
Üstündə zağ-zağ əsmək – həddindən artıq əzizləmək, sevmək.
Üstündən ağır yük götürülmək – üzərində olan ağır işdən qurtarıb azad nəfəs almaq, rahatlanmaq.
Üstündən bir daş! – tamamilə unudulmalı, yaddan çıxarılmalı, bir daha maraqlanmamalı şey haqqında.
Üstündən dağ götürülmək – ağır ruhi əzabdan, iztirabdan, yaxud qayğıdan qurtarmaq, narahatedici fikirdən azad olmaq.
Üstündən keçmək – bənd olmamaq, əhəmiyyət verməmək, ağartmamaq. Sualın üstündən keçmək.
Üstündən qələm çəkmək – yazılmış bir şeyi pozmaq, atmaq, çıxarıb atmaq.
Üstünə açılmaq – üstünə qışqırmaq, acıqlanmaq.
Üstünə artırmaq – bax üstünə qoymaq.
Üstünə atmaq – bax üstünə yıxmaq.
Üstünə ayaqlanmaq (ayaq almaq) – üstünə hücum etmək, qalxışmaq.
Üstünə buzlu su tökmək – bax üstünə soyuq su tökmək.
Üstünə düşmək – 1) bir şeyi həyata keçirməkdə inad göstərmək, ona nail olmağa var qüvvəsi ilə çalışmaq;
2) üstünə hücum etmək, üzərinə atılmaq. Sərhəd kazakları Əkbərin üstünə düşdülər. “Qaçaq Nəbi”;
3) üstünə hücum etmək, danlamaq, məzəmmət etmək.
Üstünə əl qaldırmaq – vurmaq, zərbə endirməyə hazırlaşmaq.
Üstünə fitləmək zar. – bir adamı başqasının üstünə saldırmaq, vuruşmağa, sözləşməyə təhrik etmək.
Üstünə gülmək – ələ salmaq, masqaraya qoymaq, lağa qoymaq.
Üstünə xoruzlanmaq – şeşələnmək, xoruzlanmaq, kişilənmək, kəkələnmək.
Üstünə ildırım düşsün! – qarğış mənasında işlədilir.
Üstünə kəkələnmək (təpinmək) – bax üstünə xoruzlanmaq.
Üstünə qoymaq – şişirtmək, mübaliğə etmək, eşitdiyinin üstünə əlavə edərək başqasına danışmaq.
Üstünə (soyuq) su tökmək (ələmək) – hirsini soyutmaq, sakitləşdirmək.
Üstünə su (soyuq su) ələnmək – həvəsi qaçmaq, soyumaq.
Üstünə tökülmək – üstünə hücum etmək, yerbəyerdən üzərinə atılmaq (kütlə halında).
Üstünə yıxmaq – başqasının üzərinə yükləmək, onun boynuna qoymaq, ona isnad etmək.
Üstünü açmaq – üzə çıxarmaq, faş etmək, ifşa etmək, aşkara çıxarmaq.
Üstünü almaq – 1) qovub çatmaq, haqlamaq, çatıb yaxalamaq, çatıb tutmaq.
2) tez özünü (özlərini) çatdırmaq, yanına gəlmək.
Üstünü basdırmaq (pərdələmək, malalamaq) – ört-basdır etmək, gizlətmək, gizli saxlamaq.
Üstünü ot basmaq məc. – unudulub getmək, haqqında danışılmamaq, unudulmaq, xatirdən silinmək.
Üstünü vurmamaq – haqqında danışmamaq, ört-basdır etmək, toxunmamaq, gizli saxlamaq.
ÜST nədir? – ÜST nedir? – ÜST sözünün mənası – ÜST sozunun menasi – ÜST nə deməkdir? – ÜST ne demekdir? – ÜST sözünün izahı – ÜST sozunun izahi – ÜST sözünün istifadəsi – ÜST sozunun istifadesi