ÜMUMİ

sif. [ ər. ]
1. Ümuma, hamıya aid olan; hər şeyi, hamını əhatə edən, qavrayan. Ümumi seçki hüququ. Ümumi tərk-silah.
// Hamıya, hər şeyə şamil olan, xas olan. Ümumi nöqsanlar. Ümumi qaydalar. Ümumi vəziyyət.
2. Hamıya və ya bir neçəsinə məxsus, birgə istifadə olunan; müştərək. Ümumi əmlak. Ümumi koridor.

– Üç gün sonra qayınanaya ayrıca bir otaq təxsis olundu, ümumi yoldan belə məhrum edildi. Çəmənzəminli.

□ Ümumi yataqxana – adətən bir müəssisədə işləyən və ya bir məktəbdə oxuyan adamların bir yerdə yaşaması üçün ev.

Ümumi yataqxanada işıqlar sönmüşdü. H.Seyidbəyli.

3. Başqası ilə eyni, uyğun olan, bənzər, başqası (başqaları) ilə eyni zamanda olan. Ümumi mənafe. Onların arasında ümumi cəhətlər çoxdur.
4. Birgə, birlikdə götürülmüş; bütün, tamam, ümumən, cəm. İşçilərin ümumi sayı. Ümumi nəticə.
5. Bir şeyin əsaslarına aid olan. Elmin ümumi məsələləri. Ümumi anatomiya.
6. Təfərrüatına, təfsilatına varmadan, əsasən başlıca xüsusiyyətləri qavrayan. Ümumi təəssürat. Vəziyyəti ümumi şəkildə təsvir etmək. Ekspedisiyanın ümumi planı.
◊ Ümumi dil tapmaq – qarşılıqlı anlaşmaya nail olmaq, bir-biri ilə razılaşmaq, razılığa gəlmək.

[Ömər Lütfi:] Onlar ilə ümumi bir dil tapmaq mümkündür. H.Nəzərli.

Ümumi iclas (yığıncaq) – hər hansı kollektivə, təşkilata, idarəyə mənsub adamların hamısının iştirak etdiyi iclas (yığıncaq). Məktəbin ümumi iclası.
Ümumi təhsil – xüsusi ixtisas vermədən, hərtərəfli hazırlıq verən təhsil.

 

 

ÜMUMİ nədir? – ÜMUMİ nedir? – ÜMUMİ sözünün mənası – ÜMUMİ sozunun menasi – ÜMUMİ nə deməkdir? – ÜMUMİ ne demekdir? – ÜMUMİ sözünün izahı – ÜMUMİ sozunun izahi – ÜMUMİ sözünün istifadəsi – ÜMUMİ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.