ULDUZ

is.
1. Öz təbiəti etibarilə günəşə bənzəyən və gecələr göydə parıldayaraq nöqtə kimi görünən göy cismi. Göydə ulduzlar parlayır.

– Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev.
Birbirinə sığınan ulduzlar sayrışmağa başladı. B.Bayramov.

2. məc. Hər hansı bir sahədə məşhur, tanınmış şəxs haqqında. Elm aləminin məşhur ulduzları. Kino ulduzu (ən məşhur kinoartist). Futbol ulduzu.
3. Dairə üzrə bərabər ucuşiş çıxıntıları olan həndəsi cisim; mərkəzdən çıxan şüaları olan fiqur; həmin fiqur şəklində olan şey. Beşguşəli ulduz. Ulduz şəkli çəkmək.
//Həmin şəkildə olan fərqlənmə nişanı. Marşal ulduzu.
// Təşbehlərdə: parlayan şey haqqında.

Araz öz adını elə cəsarətlə dedi ki, fəhlələrin gözləri onun ulduz kimi yanan parlaq gözlərinə dikildi. A.Şaiq.

◊ Ulduz ulduzu çağırır şair. – gecə ulduzların par-par parıldaması haqqında. Onlar kəndə yetişəndə artıq gecə idi.

Göydə ulduz ulduzu çağırırdı. M.Hüseyn.

Ulduzu (ulduzları) barışmaq – bir-birilə dil tapmaq, yola getmək, bir-birilə xoş keçinmək.

[Pakizə:] …Yox, bunların ulduzu barışıb, – deyə, o yoxsul ailənin keçirdiyi bu sadə həyata heyrət edirdi. A.Şaiq.
[Qaraş Mayaya:] Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qayınana işi uzun işdir. M.İbrahimov.

Ulduzu batmaq – bəxti sönmək, şöhrətdən düşmək, nüfuzunu itirmək, gözdən düşmək.

Bircə günün içində xalqı tir-tir əsdirən qorodovoyun ulduzu batdı. S.Rəhman.

Ulduzu doğmaq – xoşbəxtliyə çıxmaq, bəxti üzünə gülmək.

[Cəmil bəy həqarətlə:] Demək ki, taleyimizin ulduzu doğmağa başlamış da xəbərimiz yox… H.Cavid.

 

 

ULDUZ nədir? – ULDUZ nedir? – ULDUZ sözünün mənası – ULDUZ sozunun menasi – ULDUZ nə deməkdir? – ULDUZ ne demekdir? – ULDUZ sözünün izahı – ULDUZ sozunun izahi – ULDUZ sözünün istifadəsi – ULDUZ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.