TÜLKÜ

is.
1. zool. İtlər ailəsindən, uzunsifət, uzuntüklü, quyruqlu yırtıcı məməli heyvan. Boz tülkü.

– Tülkü gəzər ikən oldu bir qurda düçar. Q.Zakir.
Elə bu anda yanımdakı iri böyürtkən kolundan bir tülkü çıxaraq düzlərə sarı götürüldü. İ.Əfəndiyev.

2. məc. Hiyləgər, bic, kələkbaz, yaltaq adam haqqında. Yaman tülküdür.

[Xart:] Bu baş vəzir cənabları qoca tülküdür. Ə.Məmmədxanlı.

// məc. Qorxaq, ağciyər adam haqqında.

Aslanam, deyiləm tülkü; Tanımaram qorxu, hürkü. Koroğlu”.
[Ataş:] Qaçayla Ataş olan yerin həndəvərinə Kəngərli kimi tülkülər hərlənə bilməz. Ə.Vəliyev.

 

 

TÜLKÜ nədir? – TÜLKÜ nedir? – TÜLKÜ sözünün mənası – TÜLKÜ sozunun menasi – TÜLKÜ nə deməkdir? – TÜLKÜ ne demekdir? – TÜLKÜ sözünün izahı – TÜLKÜ sozunun izahi – TÜLKÜ sözünün istifadəsi – TÜLKÜ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.